Gündəm

FSB Ermənistanda qarabağlı türkü həbs etdi

14 Fevral 2018 14:51

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Ermənistandakı əməkdaşları Türkiyə vətəndaşını saxlayıblar. Bu barədə informasiyanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti yayıb.

Nazirlik Mədəniyyət Evini satır – 65 minə

14 Fevral 2018 14:49

Mədəniyyət və Turizm Nazirliyi balansında olan və uzun illərdir fəaliyyət göstərməyən kənd klublarını satışa çıxarıb. Əmlak Məsələləri Dövlər Komitəsi ikinci dəfədir ki, nazirliyin satmaq istədiyi kənd klubları ilə bağlı hərrac təşkil edir. Budəfəki hərrac 13 mart tarixinə təyin edilib. Hərracda ümumilikdə 4 müxtəlif rayonda olan istifadəsiz kənd klubları özəlləşdiriləcək. Satışa təqdim edilən əmlaklar Ağdaş, Gəncə və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan kənd klublarıdır.

3400 yaşlı Misir kraliçası yeni görkəmdə

14 Fevral 2018 14:47

Eramızdan əvvəl 1353-1336-cı illər arasında yaşamış Misir kraliçası Nefertitinin üzü 3D texnologiyası ilə yenidən işlənib. Məlumata görə, bəsit bir kəllə mumiyasından hazırlanan kraliçanın üzü 500 saatlıq çalışma ilə Bristol Universitetinin alimləri tərəfindən işlənib.

"Hamilə qadın sürünə bilmədiyi üçün ermənilər onu güllələdi" -  DƏHŞƏT

14 Fevral 2018 14:45

Erməni əsirliyində olmuş azərbaycanlıların başına gətirilən dəhşətlərin əks olunduğu sənədli filmin birinci hissəsini təqdim edir. Film keçmiş əsirlərin müsahibələri əsasında hazırlanıb. Ümumilikdə 20-dən çox keçmiş əsirin qan donduran əhvalatları əsasında 3 filmin hazırlanması nəzərdə tutulub.

“Gənclər XƏTDƏ” konfransı keçirilib

14 Fevral 2018 14:43

Gənclər Təşkilatları Milli Şurasının “Xətdə” proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər XƏTDƏ” konfransı keçirilib. “OLAYLAR” xəbər verir ki, konfransda spiker qismində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai, Gilan Holding FMCG Qrupu Strateji Marketinq Departamentinin rəhbəri Rafiq Hunaltay, FİL Marketinq Agentliyinin rəhbəri Aysel Cəbrayılova, Prosper Digital Agency şirkətinin Biznesin İnkişafı şöbəsinin rəhbəri Süleyman Əliyev və İSTƏK liseyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Pərvin Piriyev iştirak edib.

AzTU Ardahan Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

14 Fevral 2018 14:42

Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov Türkiyənin Ardahan Universitetinin rektoru, professor Mehmet Biber və nümayəndə heyətini qəbul edib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə X.Yahudov universitetin beynəlxalq əlaqələrindən, uğurla həyata keçirilən beynəlxalq layihələrdən danışaraq qonaqlara AzTU haqqında ətraflı məlumat verib. Rektor AzTU-nun Türkiyənin 19 universiteti ilə sıx əməkdaşlıq etdiyini və AzTU-da “Mövlanə Mübadilə Proqramı” üzrə müəllim-tələbə mübadiləsinin uğurla həyata keçirildiyini bildirib.

Ağdaş sakininin evindən 570 qram narkotik vasitə götürülüb

14 Fevral 2018 14:40

Fevralın 13-də Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Anar Süleymanov saxlanılaraq üzərinə baxış keçirilən zaman bir bükümdə çəkisi 1.67 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Sahibkarlar Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərirlər

14 Fevral 2018 14:38

Masallı Sənaye Məhəlləsinin inzibati binasında Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə sahibkarların məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə iş adamları ilə görüş keçirilib.

Rəqabət Məcəlləsinin bəxti açılır?

14 Fevral 2018 14:36

Ölkədə Rəqabət Məcəlləsinin qəbulunun zəruriliyi məsələsi yenidən gündəmə gəlib. “Olaylar” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, məsələ komitə sədrlərinin parlamentin spikeri Oqtay Əsədovla görüş zamanı da gündəmə gəldi.

Deputat yenə də problemli kreditlər məsələsini qaldırdı

14 Fevral 2018 14:31

"Manatın gələcək taleyi ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmovun proqnozu nikbindir. Həmçinin, Elman müəllim deyib ki, dollarla verilən kreditlər diqqət mərkəzindədir. Hazırda bu məsələ üzərində iş gedir.

Deputat: “Azərbaycanda istehsal olunan məhsullar uşaqlara ziyan verir”

14 Fevral 2018 14:30

“Azərbaycanda məhsulların texniki göstərişlərinin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına böyük ehtiyac var”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli komitənin keçirilən iclasında “Texniki tənzimləmə” və “Standarlaşdırma” haqqında qanun layihələrinin müzakirəsi zamanı deyib.

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib

14 Fevral 2018 14:28

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb. Görüşdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, ölkəmizdə yaradılan sənaye zonalarında alman şirkətlərinin iştirakı və digər məsələlər müzakirə olunub.

Əli Həsənov: "Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları ilə bağlı hüquqi prosedurlara başlamaq niyyətindəyik"

14 Fevral 2018 14:26

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanla korrupsiya əlqələrində ittiham olunan, AŞ PA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını şərh edib.

Hollivud aktyorunun ailəsi xəstəxananı məhkəməyə verdi

14 Fevral 2018 14:21

Məşhur Hollivud aktyorunun ailəsi onun ölümünə görə xəstəxananı məhkəməyə verib. Məlumata görə, məşhur Hollivud aktyoru Bill Pekstonun ailəsi aktyorun ölümdə "Sidar Sinay" tibb mərkəzini günahkar bilərək məhkəməyə üz tutub. Aktyorun ailəsinə görə, həkim əməliyyat riskini nəzərə almayıb.

Qara Qarayevin yaradıcılığı elektron formatda

14 Fevral 2018 14:19

Azərbaycan musiqisinn böyük simalarından biri, bəstəkar, pedaqoq, xalq artisti akademik Qara Qarayevin 100 illik yubileyinə töhfə olaraq AMEA Mərkəzi Elmi Kitabxanasında bəstəkara aid bütün sənədlər elektron kataloqa daxil edilib, rəqəmsallaşdırılıb və elektron formatda oxucuların istifadəsinə verilib. Qara Qarayevə aid rəqəmsal baza M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına da hədiyyə olunub. Bəstəkarın bütün not əsərləri, haqqında yazılmış kitablar MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.