Gündəm

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı effektli mübarizə

14 Fevral 2018 15:36

Son illər Azərbaycan beynəlxalq terrorizmə qarşı aprılan mübarizəyə də öz dəyərli töhfəsini verir. Əfqanıstanda NATO tərkibində qulluq edən sülhməramlılar içərisində Azərbaycan hərbiçiləri də yer alır. Artıq uzun illərdir ki, davam edən bu prosesə elə Hərbi Alyans tərəfindən də yüksək qiymətləndirilir.

“Əlillər işlə bağlı ciddi problemlə üzləşirlər”

14 Fevral 2018 15:34

Milli Məclis “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yenu qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsi Azərbaycan Respublikasında əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını müəyyən edir, əlilliyi doğuran səbəblərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılması, əlilliyi olan şəxslər tərəfindən bütün insan hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsinin həvəsləndirilməsi, müdafiə və təmin edilməsi sahəsində yaranan münasibətləri tənzimləyir. Xatırladaq ki, parlamentin əmək və sosial siyasət komitəsində ilkin müzakirəsi zamanı fikir ayrılığı yarandığı üçün sözügedən sənəd geri qaytarılmışdı.

ONN İnformasiya Agentliyi fəaliyyətə başladı- VİDEO

14 Fevral 2018 15:27

Fevralın 14 – də Beynəlxalq Mətbuat Mərkəzində ONN İnformasiya Agentliyi media nümayəndələri üçün brifinq keçirdi. Olaylar.az bildirir ki, brifinqdə media nümayəndələri, redaktor və baş redaktorlar iştirak edib.

Nazir vətəndaşları qəbul edəcək

14 Fevral 2018 15:25

Fevralın 22- də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək. 

Məşhur diktor vəfat etdi

14 Fevral 2018 15:24

TRT kanalının yarandığı ilk günlərdə çalışan məşhur diktor Tuna Huş vəfat edib. Olaylar.az bildirir ki, 2001 – ci ildə beyin əməliyyatı olduqdan sonra nitq qabiliyyətini itirib. 17 il danışa bilməyən Tuna Huşun ölüm xəbərini ikinci həyat yoldaşı Berrin Huş təsdiqləyib.

Bakıda fitosanitar və sanitariya nəzarəti qaydaları ilə bağlı milli seminar keçirilir

14 Fevral 2018 15:22

Fevralın 14-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafina dəstək" layihəsi çərçivəsində "Gömrük sərhəd buraxılış məntəqələrində baytarlıq, fitosanitar və sanitariya nəzarəti qaydaları" üzrə milli seminar öz işinə başlayıb.

Beren Saat açıqladı

14 Fevral 2018 15:20

Bakıda civə satmaq istəyən şəxslər saxlandı

14 Fevral 2018 15:18

İnsan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxslər saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətində məlumat verilib. Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və DTX-nın yerli idarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində Ağcəbədi rayon sakinləri, Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar.

Sərhədçilər olan avtomobilə silahlı basqın

14 Fevral 2018 15:18

Pakistanın Baloçistan əyalətində içərisində sərhədçilər olan avtomobilə silahlı basqın olub. Olaylar.az bildirir ki, hücum zamanı 4 polis əməkdaşı həlak olub. Təhlükəsizlik qüvvələri hadisə ilə əlaqədar araşdırmaya başlayarkən, terrorçuların ərazidən qaçdığı məlum olub.

Azərbaycanın dövlət standartları “AZS” nişanı ilə nişanlanacaq

14 Fevral 2018 15:16

Yeni hazırlanan “Standartlaşdırma haqqında” qanun layihəsi 6 fəsil, 27 maddədən ibarətdir. Qanun layihəsi standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəliyyətinin hüquqi əsaslarını müəyyən edir.

ATƏT PA-nın qış sessiyası Vyanada keçiriləcək

14 Fevral 2018 15:04

Fevralın 22-23-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası keçiriləcək. “Olaylar” xəbər verir ki, sessiyadakı müzakirə və təqdimatlarda əsas mövzular iqlim dəyişiklikləri və onun nəticələrinə qarşı mübarizədə uzunmüddətli strategiyaların işlənib hazırlanması, “saxta xəbərlər” (“fake news”) zəmanəsində demokratiyanın mühafizə edilməsi, silahlara nəzarət, onların ləğvi və yayılmaması, miqrasiya, terrorizmə qarşı mübarizəyə həsr olunacaq. ATƏT PA-nın prezidenti Georgi Sereteli, ATƏT-in baş katibi Tomas Qreminqer, ATƏT-in fəaliyyətdə olan sədri İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə dövlət müşaviri Vinçenzo Amendola sessiyanın açılış iclasında çıxış edəcəklər.

Yaqub Mahmudov: “İrəvan xanlığı” türk və alman dillərində də çap olunacaq”

14 Fevral 2018 15:03

Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Tarix İnstitutundan “Olaylar”a verilən məlumata görə, bu barədə qərar institutun Elmi Şurasının iclasında qəbul olunub. İclasda qonaq qismində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi iştirak edib.

Nazir: “XİN rəhbərlərinin görüşü ilə bağlı heç bir plan yoxdur”

14 Fevral 2018 15:02

"Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində XİN rəhbərlərinin üçtərəfli formatda görüş keçirməsi ilə bağlı heç bir plan yoxdur”. “Olaylar” xəbər verir ki, bunu Ria-Novosti agentliyinə müsahibəsində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib. Nazir qeyd edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli formatda görüş keçirməsi ilə bağlı heç bir plan yoxdur.