Gündəm
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Lənkəranda uğurla həyata keçirilir
Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanaraq həyata keçirld. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynadı.
ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibdə üzvlüyünə təkrar seçkilər keçirilib. Seçkilərin təşkili məqsədilə yaradılmış komissiyasının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın aidiyyəti fəaliyyət sahələri üzrə hüquqi aktların qəbulunda, bu sahələrdə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədinə xidmət etdiyini diqqətə çatdırıb.
“Prezident Heydər Əliyev” tankeri istismara qaytarılıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankerinin təmiri başa çatıb. “OLAYLAR” Gəmiçiliyə istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.
Turizm biznesi peşəkarları üçün ənənəvi illik tədbir keçiriləcək
Fevralın 15-də turizm biznesi peşəkarları üçün "B2B Luxury & MICE Workshop" adlı ənənəvi illik tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdarları olacaqlar. Vorkşopun iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından olan xarici beşulduzlu otellər, turoperaperatorlar və turizm ofislərinin nümayəndələri olacaqlar. B2B Luxury & MICE Workshop layihəsi çərçivəsində habelə 13 fevralda Qazaxıstanda (Almatı) və 17 fevralda Gürcüstanda (Tbilisi) vorkşoplar keçiriləcək.
"Həzi Aslanov" stansiyasında eskalatorun əsasli təmiri başa çatıb
"Həzi Aslanov" stansiyasında noyabr ayından əsaslı təmirə dayandırılmış "ET-5M" markalı 2 saylı eskalator sərnişinlərin istifadəsinə verilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq aparılıb. Qeyd edək ki, eskalatorlar, təlimat tələblərinə görə, qaçış məsafəsi göstərilmiş son texniki norma həddinə çatdıqda, əsaslı təmirə dayandırılır və bütün qovşaqlar yoxlanılaraq təftiş edilir, avdanlığın tam diaqnostikası aparılır və texniki tələblərə uyğun olaraq təmir edilir.
Azərbaycanın Qarabağ problemi ilə bağlı prinsipial mövqeyi dəyişməzdir
“Azərbaycan dövlətinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasıdır”. “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, millət vəkili Sevinc Fətəliyeva səsləndiriib.
Azərbaycanla bağlı xəyalımızı gerçəkləşdirdik
Son illər Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında müxtəlif sahələrdə əlaqələr inkişaf etdirilir. Xüsusilə təhsil və turizm, eləcə də mədəni sahədə ikitərəfli əlaqələrdə müsbət inkişaf tendensiyası diqqət çəkir.
Terrorçuluğa qarşı mübarizə gücləndirilir
Dünya ölkələrinin birgə səyi ilə terorçuluğa qarşı aparılan mübarizənin milli səviyədə də təmin edilməsi zərurəti artıq heç kimə sirr deyil. Elə bu səbədən də milli dövlətlər bu mübarizənin üsul və vasitələri barədə baş sındırmaqdadırlar. Azərbaycan da terrorçuluğa qarşı mübatizədə qanunvericilik bazasını təkmilləşdirir.
Əslən azərbaycanlı olan türkiyəli müğənni dünyasını dəyişdi
Xərçəng xəstəsi olan və bu səhər vəziyyəti pisləşən müğənni Nuray Hafiftaş dünyasını dəyişib. İyulda bağırsağından əməliyyat olunan və daha sonra qaraciyər problemləri başlayan ifaçı uzun müddət idi həkim nəzarətindəydi.
Bakıda daha bir dəhşət: pornoqrafiya həvəskarı qızını zorladı
Zorlanmanın qurbanı olan 20 yaşlı qız polisə əvvəllər məhkum olmuş atalığından şikayət edib Bakıda əvvəllər məhkum olunmuş şəxs öz qızlığını zorlamaqda günahlandırılır. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Belə ki, Binəqədi prokurorluğu növbəti zorlama faktını araşdırır. Rayon Polis İdarəsinin 6-cı bölməsinə Biləcəri qəsəbə sakini, 1998-ci il təvəllüdlü V.F. müraciət edib. Qız bildirib ki, 8 fevral saat 20:00 radələrində 1978-ci il təvəllüdlü atalığı S.R. tərəfindən birlikdə yaşadıqları evdə zorlanıb. İşin materialları rayon prokurorluğuna göndərilib. Faktla bağlı hələlik heç kim saxlanılmayıb.
ABŞ müdafiə naziri: “Bizi hədələsəniz, bu, sizin ən qara gününüz olacaq...”
ABŞ-ın müdafiə naziri, “quduz köpək” ləqəbli general Ceyms Mattis deyi ki, ölkəsinin ötən həftə Suriyaya hava zərbələrindən çoxsaylı Rusiya muzdlu əsgərlərinin həlak olması haqda ona heç nə deyilməyib, amma bu xəbərləri mediada görüb.
Prezidentliyə namizədin xaricdən dəstək axtarışı
Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi hərəkətlilik də artır. Müxalifətin radikal düşərgəsini çıxmaq şərti ilə əksər siyasi partiyalar demək olar ki, seçki hazırlığındadır. Hakim Yeni Azərbaycan Partiyasından tutmuş müxalif siyasi qüvvələrə qədər. Artıq hakim Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevlə yanaşı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Partiyasının sədri Fuad Əliyev, AXCP sədri Razi Nurullayev, VİP sədri Əli Əliyev 11 aprel prezident seçkilərində iştirak edəcək namizəd kimi göstərilir. Eyni zamanda heç bir partiya mənsubiyyəti olmayan millət vəkili Zahid Oruc da öz iddiasına ortaya qoyaraq seçkilərdə ölkənin bir nömrəli postu uğrunda mübarizə aparmaq niyyətini açıqlayıb.
Ən təmiz sevgi həyat yoldaşına olan sevgidir
Müstəqillik illərindən sonra cəmiyyətimizdə, həyatımızda müsbət dəyişikliklər, məqamlar baş verməklə yanaşı, mənfi çalarlar, proseslər də müşahidə edilməyə başladı. Qərbin, Avropanın müsbətlə yanaşı mənfi halları, tərəfləri də zorla özümüzə sırıdıq, onları özümüzünküləşdirməyə başladıq. Belə mənfi hallardan biri də bu günlər əsasən gənclərin qeyd etdiyi 14 fevral tarixidir. Açıq şəkildə etiraf etmək lazımdır ki, əksəriyyət 14 fevral tarixində nə baş verdiyindən tamamilə xəbərsizdir. Kor-koranə şəkildə bu tarixi sevgililər günü kimi qeyd edir. Elə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da bu qənaətdədir. Onun sözlərinə görə, beynəlxalq aləmdə məşhur olan günləri qeyd etmək adəti vardır ki, bizim də vətəndaşlarımız, mətbuat, kütləvi informasiya vasitələrimiz belə günləri ictimaiyyətə xatırladırlar: “Bu günlərdən biri də “Sevgililər günü”, “Sevgililər bayramı”, “Valentin günü” adlanır. Bu günün tarixi haqqında qısa açıqlama verməzdən əvvəl, bu günün islamla bağlı olmayan bir gün olduğunu qeyd etmək istəyirik.
Ehtirası idman zalında söndürməzlər
Məmləkət bu günlərdə Bakıdakı 132-134 nömrəli məktəbin iki şagirdinə “köklənib”. Məktəblilərin seksual hərəkətləri “alovlu” gündəm yaradıb. Bir neçə gündü Təhsil Nazirliyi və həmin təhsil-kompleks məmləkət əhlinin söyüş yerinə çevrilib, 132-134 nömrəli təhsil kompleksin rəhbərliyi övladları orda təhsil alan valideynlərin qəzəbinə gəlib. Bəs, nə olmuş, nə imiş şagirdlərin suçu? Təhsil Nazirliyi, məktəb rəhbərliyi hansı günahın altına giriblər?
“Qanunsuz hərəkətlər bələdiyyələrin əli ilə həyata keçirilir”
Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə İş Mərkəzinin parlamentə təqdim etdiyi illik məruzəsi bələdiyyələrin fəaliyyəti ilə bağlı çoxsaylı sualların meydana gəlməsinə səbəb olub. Maraqlı məqam ondan ibarətdir ki, hesabatı təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin ən çox yol verdikləri qanun pozuntuları ilə yanaşı, onların aradan qaldırılması yollarını da göstərib.














