Gündəm
Bu dəfə Demet Akalın həbs oluna bilər
Türk ulduzlar Demet Akalın və Hande Yener arasında illərdir davam edən rəqabət hələ də davam etməkdədir. Onların mübarizəsi sosial mediaya da sıçrayıb. Akalın üstü örtülü şəkildə Yenerin fanatlarını nəzərdə tuturaq “bunlar ruhi xəstənin itləridir, amma zərrə qədər də olsun marağımda deyilsiz” sözlərini yazıb.
Azərbaycanda 20 məhkəmə hakimi işdən çıxarılıb
Prezident Administrasiyasına hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı 2017-ci ildə xeyli azalıb. Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
Bir ayda benzindən əldə edilən gəlir açıqlandı
2018-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 2794,6 milyon manata bərabər olub.
Litvada Qəbələnin təqdimatı keçirilib
Litvanın paytaxtı Vilnüs şəhərində Qəbələ rayonunun təqdimatı keçirilib. “OLAYLAR” xəbər verir ki. tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Litvadakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi keçiriləcək
Təhsil Nazirliyi tərəfindən 2018-ci il üzrə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilir. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Mübariz Qurbanlı Əfqanıstan səfiri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 14-də Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili ilə görüşüb. Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, Mübariz Qurbanlı Azərbaycan və Əfqanıstan arasındakı əlaqələrdən söz açaraq ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
Əbülfəs Qarayev Türkiyə səfiri ilə görüşüb
Fevralın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Erkan Özaral arasında görüş keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.
Mən gələcəkdən gəlmiş adamam - Nuhun şok proqnozları - VİDEO
"2028-ci ildə insanlar Mars planetində koloniyalar yaratmağa başlayacaqlar. Zamanda səyahət, yəni gələcəkdən keçmişə keçidlər adi işə çevriləcək. Bitkoin valyuta qismində daha da populyarlaşacaq. Donald Tramp isə ikinci dəfə ABŞ prezidenti seçiləcək. Süni intellekt isə Yerdə hakimiyyəti ələ keçirəcək"
Azərbaycanda bu qadının bütün ailəsi həbsdədir – VİDEO
“Atam həbsxanada rəhmətə getdi. Anam da ondan bir il sonra vəfat etdi. Bizi bacım böyütdü. Bacım özü də həbsdədir. Yetim olmuşuq. Övladımla birlikdə cəza çəkirik”. Bu sözləri ARB TV-nin “Rezonans” verilişində oğurluğa görə 8 il 6 ay həbs cəzası almış Xalidə Bəkirova deyib. X. Bəkirova verilişdə bildirib ki, oğurluğa gedəndə yoldaşı da həbsdə olub: “Maddi durumumuz pis idi. Qızım xəstə idi. Qohumumla bir evə girdik. Qızılları götürüb qaçdıq. Oğru yoldaşım tutulmuşdu və səkkiz ay sonra da məni tutdular. 17 minlik deyildi, sadəcə, ev sahibi özü elə yazmışdı. Qızılları aparıb satdıq. Uşağımı müalicə etdirdim.
Liviyada yük maşını aşıb: 30 miqrant ölüb
Liviyanın cənub-qərbində, Bəni Valid şəhərində ağır yol qəzası baş verib. Məlumata görə, içərisində təqribən 300 miqrant olan yük maşını sürücünü idarəetməni itirməsi nəticəsində aşıb. Hadisə nəticəsində ən azı 30 nəfər ölüb, 100-dən çox şəxs xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Miqrantların əsasən Somali və Eritreyadan olduğu bildirilir.
MSK YAP-ın səlahiyyətli nümayəndələrini qeydə alıb
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Məlumata görə, Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri təsdiq olunub. Digər prezidentliyə namizədlərin də səlahiyyətli nümayəndələri səsə qoyularaq təsdiq edilib.
Balakəndə qanunsuz at kəsimi və at əti aşkarlanıb
Balakən rayonunda qanunsuz at kəsimi və at əti aşkarlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, xidmətin Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlər zamanı Balakən rayonunun Qabaqçöl qəsəbə sakini Nurullah Nurəddin oğlu Cirinqovun həyətinə baxış keçirilmişdir.
XİN: "Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil"
Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcəkdir. Bunu Azərbaycan ərazilərinin işğalı və Ermənistanın təcavüzkar separatizminin davamı etməsi ilə bağlı XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şərhində deyib.
"Oksigen" klinikası ilə bağlı ittihamlar: Vergidən yayınma və dilimizə hörmətsizlik
"Oksigen” klinikasında vergidən yayınma və Azərbaycan dili ilə bağlı Konstutisiyanın tələblərinin pozulması halları var. Bu barədə klinikanın pasiyentləri məlumat verib. "Klinikada Ultra Səs Müayinəsi – USM (UZİ) müayinəsinin cavabları ancaq rus dilində təqdim olunur. Cavabları Azərbaycan dilində tələb edən olduqda isə "Bir gün gözləməlisiniz, tərcümə olunmalıdır” deyilir. Məgər bura Rusiyadır ki, klinikada pasiyentlərə cavablar rus dilində təqdim olunur?”- deyə pasiyent bildirir.
Azərbaycan üçün mübarizə imitasiyası yaradan milli xainlərimiz
Dünyanın siyasi tarixinə nəzər salsaq geridə qoyduğumuz yüzillikdə bu gün nüfuzlu ölkələr statusunda qərarlaşan dövlətlərin insanlıq adına müsbət məqamlarla yadda qalması hallarına təsadüfən rast gəlmək mümkündür. İstər Almaniya , istər Fransa, istərsə dəBelçika kimi dövlətlərin uzaq keçmişi heç də qürurverici olmayıb. Tarixən insan hüquq və azadlıqlarının pozulması kimi mənfi tendensiyalar məhz bu kimi Avropa ölkələrində qeydə alınıb.





.jpg)
.jpg)







