Gündəm
Artur Rasizadə Milli Məclisə hesabat verəcək
Hökumət mart ayında Milli Məclisə hesabat verəcək. Məlumata görə, Milli Məclisin 5-ci iclasında hökumətin son bir illik fəaliyyətinə qiymət veriləcək. Hesabatın martın 10-19 aralığında verilməsi gözlənilir. İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcəklər.Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir. Qeyd edək ki, hazırda parlamentin 2 plenar iclası keçirilib. Milli Məclisin növbəti plenar iclası fevralın 23-də keçiriləcək.
Cümhuriyyətlə bağlı beynəlxalq konfrans keçiriləcək
Aprelin 25-dən 29-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək.
Nərimanov rayonunun bir hissəsinə içməli su fasilə ilə veriləcək
Fevralın 15-də gün ərzində paytaxtın Nərimanov rayonunun Təbriz küçəsi boyu ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsidir.
Türkiyə Egeydə nəzarəti gücləndirir – Gərginlik
Türkiyə Egey dənizində Yunanıstanla gərginliyə səbəb olan Kardak qayalıqlarında liman və müşahidə qülləsi tikintisinə başlayıb. Bu barədə Türkiyə Dəniz Qüvvələri komandanlığından informasiya yayılıb. Məlumata görə, liman və müşahidə qülləsinin tikintisinə Kardak qayalıqlarından 1 mil uzaqlıqdakı Çavuş adasında başlanılıb. Yeni müşahidə qülləsinin tikintisi ilə ərazidə həm qaçaqmalçılığın, həm də Yunanıstanın təcavüzkar təşəbbüslərinin qarşısının alınması nəzərdə tutulub.
Türkiyə azərbaycanlıların şəhərində əməliyyata başlayır
İraqın PKK-dan, YPG-dən və digər terror təşkilatlarından təmizlənməsi çox vacibdir. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. “Bunları İraqdan siləcəyik. Qəndil əməliyyatlarına başlamaq lazımdır. Qəndillə yanaşı, Kərkük, Süleymaniyyə, Sincarda da əməliyyatlar olmalıdır. Bu, İraq üçün də, bizim üçün də çox vacibdir. Harada terrorçu varsa, oranı təmizləyəcəyik. Necə öz dağlarımızda, şəhərlərimizdə antiterror əməliyyatları apardıq, eləcə də İraqda aparacağıq”, - Çavuşoğlu bildirib.
İtaliya erməni lobbisinin Bakı siyasətini dəfn etdi - Faktlar
Milan Məhkəməsi Luka Volonteyə qarşı iddiaların saxta olduğu haqda qərar verdi və anti-Azərbaycan şəbəkəsinin növbəti planı baş tutmadı.
MSK sədri: "Bütün seçki prosesi onlayn şəkildə insanlara çatdırılacaq"
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrini imzatoplama vaxtı diqqətli olmağa çağırıb. Məlumata görə, M.Pənahov bildirib ki, imza toplamaq üçün bütün namizədlərə bərabər şərait yaradılıb: “Namizədliyin qeydə alınması üçün imzalar düzgün olmalıdır.
Məzahir Pənahov: "Beynəlxaq qurumları, diplomatik nümayəndələri maraqlandıran hansısa məsələlər varsa..."
Seçki Məcəlləsində irəli sürülən tələblərə maksimum əməl edilməsi tələbi dairə seçki komissiyalarının qarşısında əsas vəzifə kimi qoyulur. Ona görə də Mərkəzi Seçki Komissiyası (MSK) məsələni diqqətdə saxlamalıdır.
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 mlrd. 398,3 mln. ABŞ dolları (15 mlrd. 978,1 mln. manat) olub. Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22,8% (2017-ci il üçün hesablanmış 70 mlrd. 135,1 mln. manat ÜDM-ə nisbətdə) təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Daha bir beynəlxalq təşkilat Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
GUAM Azərbaycanda bu il aprelin 11-də keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək. GUAM-dan bildirilib ki, təşkilat seçkilərdə iştirak etmək üçün Azərbaycan tərəfindən dəvət alıb. Məlumatda bildirilir ki, GUAM müşahidə missiyası prezident seçkilərində monitorinq həyata keçirəcək. Missiyaya kimin rəhbərlik edəcəyi və tərkibi hələlik müəyyənləşməyib.
Binəqədidə daha bir küçə əsaslı şəkildə təmir olundu
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi rayonunda 1.9 km uzunluğa malik Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunub. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, aparılan yenidənqurma işləri zamanı Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1.3 km-lik hissədə 9 metrdən 12 metrə, 0.6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib. Tikinti norma və qaydalarına əsasən daha sonra yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun 22 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Azyaşlı həmyerlimiz Misirdə keçirilən yarışda qalib olub
Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində uşaqlar arasında taekvando üzrə keçirilən Misir kubokunda 10 yaşlı soydaşımız Sumeyra Xəlilova ölkəmizi uğurla təmsil edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, ölkə üzrə keçirilən bu yarışda 3-cü yerə layiq görulən Sumeyra Xəlilova bürünc medal qazanıb. Soydaşımız buna qədər Qahirə şəhəri üzrə bir çox yarışlarda qalib gəlsə də bu, onun ən böyük uğuru idi.
Paytaxtətrafı məktəblərdə görüşlər keçirilib
BŞTİ rəhbərliyi tərəfindən keçirilən görüşlər Xəzər rayonunda davam edib. “OLAYLAR”-a daxil olan məlumata görə, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçirilən görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək
Fevralın 15-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, dəyişiklik Bakı-yük-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq ediləcək.










.jpg)



