Gündəm

"Bu qərar Azərbaycana qarşı böhtan kampaniyası aparanlara bir cavabdır"

14 Fevral 2018 18:37

"Milan məhkəməsinin Avropanın tanınmış siyasətçilərindən olan Luka Volonte barədə bəraət qərarı verməsi birmənalı olaraq Azərbaycana qarşı "qara piar" və təzyiq kampaniyası aparmağa çalışan anti-Azərbaycan dairələrin, ermənipərəst mərkəzlərin fəaliyyətlərini ifşa etdi. Bu həm də beynəlxalq miqyasda ölkəmizin haqlı mövqeyini müdafiə edən Luka Volonteni təqsirləndirənlərin məhz Azərbaycana qarşı əsassız iddialar irəli sürdüyünü, faktiki olaraq şər və böhtan kampaniyası apardığını bir daha sübuta yetirdi". Bu sözləri millət vəkili Sahibə Qafarova deyib.

Qoca qitədən  idarə olunan antiAzərbaycan şəbəkəyə Avropanın özündən tərs sillə

14 Fevral 2018 18:34

Azərbaycana qarşı planlı şəkildə atılan çamur, şər, böhtan bumeranq effekti verərək elə ayrı-ayrı ölkələrdə, xaricdə formalaşmış  antiAzərbaycan şəbəkənin özünə doğru çevrilir, istiqamət alır. Çünki həmin fəaliyyətlər, kampaniya heç bir məntiqə sığmır, əsassız, qərəz məqsədi daşıyır. Necə ki, bir müddət əvvəl gündəmə gələn Luka Volonte “qalmaqalı” kimi. Belə ki, 2017-ci ilin ortalarında anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə belə bir iddia ortaya atıldı ki, guya Avropa Şurası Parlament Assambleyasının Avropa Xalq Partiyasının deputatlar qrupunun sədri Luka Volonte, eləcə də müəyyən avropalı parlamentarilər Azərbaycandan külli miqdarda rüşvət alıb. Özü də nə az-nə çox 2 milyon 640 min dollar. Azərbaycan tərəfinin Volonteyə verdiyi “rüşvətin” qarşılığlnda isə Avropa Xalq Partiyasının deputat qrupunun sədri Avropa Şurası Parlament Assambleyasında siyasi məhbuslar üzrə Strasserin məruzəsinin qəbul edilməməsinə çalışıb.

Mətbuat Şurası qurultayı ilə bağlı məlumat yaydı

14 Fevral 2018 18:32

Azərbaycan jurnalistlərinin VII qurultayına hazırlıq işləri davam edir. Bu haqda Mətbuat Şurasından bildirilib. Bildirilib ki, Mətbuat Şurasına üzv təşkilatlar Şuranın İdarə Heyətinin tərkibini müəyyənləşdirmək məqsədilə irəli sürdükləri namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrinin adlarını təqdim edirlər.

Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

14 Fevral 2018 18:32

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu göndərib.

ABŞ-ın kəşfiyyat idarəsinin yaxınlığında atışma – 3 yaralı

14 Fevral 2018 18:24

ABŞ-ın Merilend ştatında Milli Təhlükəsizlik Agentliyinin binasının yaxınlığında silahlı insident baş verib. Silahlı şəxsin insanlara atəş açması nəticəsində 3 nəfər yaralanıb.  Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Roza Əliqızından Türk Ordusuna Dəstək

14 Fevral 2018 18:18

Hərbi jurnalist "Əsgər Ailəsi" cəmiyyətinin sədri Roza Əliqızı yenidən Türk ordusuna gedərək Afrində terroristlərə qarşı mübarizə aparan Türk Silahlı Qüvvətlərinə dəstək vermişdir. Roza Əliqizi- Türkiye bölünmezdir sevmeyenlerin arzulari ürəyində qalacaqdir. Türkiyəyə hər vaxt yadelli işğalçılara mübarizədə zəfər çaldiği kimi bu dəfədə terroristlərə qarşı mübarizədə yenə qalib gələcək zəfər şalacaqdir , bizlər də hər vaxt Türkiyənin böyük qardaşlarimizin yanindayiq demişdir.

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ilə görüşüb

14 Fevral 2018 18:14

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.  Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim etdi.

Piter Teys: "Azərbaycanı regionun digər ölkələrinə nümunə gətirmək olar"

14 Fevral 2018 18:10

Azərbaycanda prezident seçkiləri sözsüz ki, vacib hadisədir və onun məqsədi sabitliyin və irəliləyişin təmin olunması, eləcə də ölkə vətəndaşlarının rifahının qorunmasıdır. Bunu ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti, politoloq Piter Teys deyib.

Akif Əlizadə mövzuları geri qaytarmalarının SƏBƏBİNİ açıqladı

14 Fevral 2018 18:09

Elmi tədqiqat institutlarının direktorları elmə həvəsi olan gəncləri stimullaşdırmalıdır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışında deyib.

Valilik açıqladı: "Ankarada partlayış olacaq"

14 Fevral 2018 18:06

Ankarada birazdan partlayış səsi eşidiləcək. Bu barədə Ankara valiliyindən vətəndaşlara xəbərdarlıq edilib. “Dodurqa istiqamətində yol təmir-tikinti işləri çərçivəsində tənzimlənmiş partlayış törədiləcəkdir”, - valilikdən bildirilib. 

Keçmiş məhkumdan marixuana götürülüb

14 Fevral 2018 18:04

Şəmkir şəhər sakinində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Şirxan Aslanovdan 473,48 qram marixuana götürülüb. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyən edilib.

Avtomobili qaçıran saxlanıb

14 Fevral 2018 18:02

Avtomobil qaçırmaqda şübhəli bilinən Lənkəran sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 6-na keçən gecə Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsində rayon sakini Bəhlul Cəfərovun yaşadığı evin həyətindən “VAZ-2106” markalı avtomobil qaçırılıb. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Liman şəhərinin ərazisində tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən Yuxarı Nüvədi kənd sakini Səfər Əkbərov saxlanılıb.

Gəncə sakinini qətlə yetirən şəxs tutulub

14 Fevral 2018 17:58

Gəncə şəhər sakinini qətlə yetirməkdə şübhəli bilibnən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 13-də Gəncə şəhərində şəhər sakini Elnur Bağırov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Tural Tağıyev saxlanılıb.

Cocuq Mərcanlı sakinindən ov tüfəngi götürülüb

14 Fevral 2018 17:55

Cəbrayıl rayonun sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən Cocuq Mərcanlı kənd sakini Elnur Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

İki Qəbələ sakinindən odlu silah götürülüb

14 Fevral 2018 17:54

Qəbələ rayon sakinlərindən odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Solqica kənd sakinləri Qüdrət və Mayıl Mirzəliyevlərdən müvafiq sənədləri olmayan “BUM” və “TOZ” markalı ov tüfəngləri götürülmüşdür. Araşdırma aparılır.