Gündəm

Diqqət: Bu pis vərdiş insultun riskini artırır!

14 Fevral 2018 19:55

Yaponiya alimləri araşdırmalar nəticəsində sensasion nəticələrə gəliblər. Onlar sübut edir ki, səhər yeməyindən daim imtina edən insanlarda gemorragik insultun inkişafı riski 36% artır.

Gənclər Facebook-u tərk edir

14 Fevral 2018 19:50

Facebook artıq orta yaşlı insanların sosial şəbəkəsinə çevrilib. Bu barədə ABŞ-ın Marketer tədqiqat şirkəti yayıb. Şirkətin məlumatına görə, 2004-cü ildə tələbələr üçün yaranan sosial şəbəkə yeniyetmə və gənclər arasında nüfuzunu itirməkdədir.

Zəif işıq altında vaxt keçirmək yaddaşa zərər verir

14 Fevral 2018 19:45

Uzun müddət zəif işıq altında vaxt keçirtmənin beynin strukturunu dəyişdirəcəyi və öyrənmək, yaddaşa zərər verə biləcəyi müəyyən edilib. Bu barədə “sciencedaily.com” saytı məlumat yayıb. Xəbərdə deyilir ki, ABŞ-ın Miçiqan Universitetinin neyrobioloqları insanlar kimi gündüz hərəkət edib gecələr yatan Nil çöl siçanları üzərində araşdırma aparıblar. Belə ki, onlar siçanların bəzilərini bir ay boyunca zəif, digərlərini parlaq işığa məruz qoyublar.

Nazik saçlı xanımlara 7 MƏSLƏHƏT!

14 Fevral 2018 19:40

Saçlarınız nazik və həcmsizdir? Yuduqdan bir gün sonra saçlarınız yıpranır və dibləri yağlanırmı?. Sizə faydalı olacaq 7 məsləhəti diqqətinizə çatdırırıq.

Yer kürəsinin ən sürətli heyvanının adı açıqlandı!

14 Fevral 2018 19:35

Yer kürəsinin ən sürətli, cəld və dəqiq canlı varlıqları saniyənin səkkizdə bir hissəsi ərzində 360 dərəcə fırlanmaq və qurbanına dəqiq zərbə endirmək bacarıqlarına malik olan hörümçək-krablar hesab olunublar. “Journal of Experimental Biology” dərgisində yer alan xəbərə görə, alimlər bütün hörümçəklərin ov torlarından istifadə etmədiyini, təxminən onların yarısının qurbanını güdərək və ona tullanaraq tutmağa çalışdığını, digərlərinin isə hörümçək-krablar kimi qurbanlarına pusqudan hücum etdiklərini bildiriblər. Elm adamları bu hörümçəklərin belə fəndləri necə etdiklərini araşdırdıqlarını qeyd ediblər.

“Microsoft” şirkəti “Windows”un köhnə versiyalarının təhlükəsizliyini möhkəmləndirəcək

14 Fevral 2018 19:30

"Microsoft" şirkəti "Windows 7 SP1" və "Windows 8.1" əməliyyat sistemləri üçün təhdidlərə qarşı genişləndirilmiş müdafiə proqramını elan edib. Bu əməliyyat sistemi ilə işləyən kompüterlərin sahibləri "Windows 7" platformasına dəstək müddəti bitənədək (2020-ci il yanvar) "Windows Defender" xidmətindən yararlana biləcəklər.

“Microsoft” blokçeyn əsasında eyniləşdirmə sistemini yaradacaq

14 Fevral 2018 19:25

“Microsoft” korporasiyası yaxın gələcəkdə desentralizasiya (mərkəzləşdirilməmiş) olunmuş identifikatorların yaradılması üçün blokçeyn texnologiyasından istifadə etməyi planlaşdırır. “Microsoft”un mütəxəssisləri öz həllərini insanların fərdi məlumatlarının idarə olunması sahəsində tətbiq etmək fikrindədirlər.

Bilik Fondunda "Oxuyaq, öyrənək, öyrədək" aksiyası

14 Fevral 2018 19:22

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə mütaliənin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirib. Fondun əməkdaşları "İmzalı görüş" layihəsi çərçivəsində uşaq yazarı Aygün Bünyadzadə ilə birlikdə "Ümid İşığında" Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reablitasiya kursu keçən fiziki qüsurlu uşaqlarla görüşüblər. Görüşdə uşaq yazarı müəllifi olduğu hekayələri oxuyub və dinləyicilərlə fikir mübadiləsi aparıb. Fondun nümayəndələri A.Bünyadzadənin kitablarını azyaşlı oxuculara hədiyyə ediblər.

Məhkəmə-tibbi ekspertizaları ölüm vaxtını genlərə görə müəyyənləşdirəcək

14 Fevral 2018 19:19

Portuqaliyanın Portu Universitetinin genetiki Pedro Fereyranın rəhbərlik etdiyi qrup ölümdən 24 saat sonra hüceyrələr üzrə yayılan genlərin aktivliyinin dəyişikliklərini tədqiq edib. Əslində, hətta beyində elektrik aktivliyi tam dayanandan sonra bədən toxumaları dərhal məhv olmur. Balıqlar üzərində aparılan eksperimentlərdən məlum olub ki, bəzi genlər ölümdən sonra bir neçə gün ərzində aktivliyini qoruyur.

“Asus” şirkəti dünyada ən nazik noutbuk təqdim edib

14 Fevral 2018 19:12

“Asus” şirkəti diskret qrafika ilə təchiz edilmiş dünyada ən nazik noutbukun satışına başlayıb. “ZenBook 13” (“UX331”) modeli “IPS” matrisli 1920x1080 piksel təsvir ölçülü 13,3 düymlük sensor ekranla təchiz edilib və qalınlığı 14 mm, çəkisi isə 1,12 kq-dır.

Təkrar emal olunan smartfonlardan avtomobil akkumulyatorları hazırlanacaq

14 Fevral 2018 19:06

“Samsung SDI” şirkəti avtomobil akkumulyatorlarının buraxılışı üçün smartfonların təkrar emalı proqramını istifadəyə verəcək. Bu barədə şirkətin press-relizində deyilir.

"Onun tribunada olduğunu bilmirdim"

14 Fevral 2018 19:00

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/8 finalında səfərdə "Bazel"lə keçirilən ilk oyundan (4:0) sonra fikirlərini bildirib. Həmin qarşılaşmanı stadiondan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv də izləyib. Gündoğan Lövün stadionda olmasından xəbərsiz olduğunu deyib:

Prezident Cocuq Mərcanlı ilə bağlı yeni sərəncam imzaladı

14 Fevral 2018 18:49

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Heç-heçə bizim üçün yaxşı nəticədir"

14 Fevral 2018 18:45

"Matç ərzində oyuna daha çox biz nəzarət etdik. İquainin ilk qolu ofsayd idi. 0:2 hesabı ilə geri düşdükdən sonra komandam yaxşı oyun nümayiş etdirdi". Bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Pokettino Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la ilk oyundan (2:2) sonra deyib. "Futbolda bir az da şansa ehtiyac var. "Yuventus" 2:0 hesabı ilə  irəlidə olmağa layiq deyildi. İkinci hissədə yaxşı oynadıq. Heç-heçə bizim üçün yaxşı nəticədir" - deyə o bildirib.