Gündəm

Aktyora qarşı kampaniya başlanıldı: "Tüpürməyi tərgit"

15 Fevral 2018 09:28

"Sen Anlat Karadeniz" serialında "Vedat" obrazını canlandıran aktyor Mehmet Ali Nuroğlu yenə sosial medianın dilinə düşüb. Ekran işində həyat yoldaşı "Nəfəs"i döyən, ona işgəncələr verən Mehmet üçün izləyicilər "Tüpürməyi tərgit" kampaniyasına başlayıb. 

Amerika ilə bağlı DƏHŞƏTLİ PROQNOZ - Bir neçə ilə yerlə-yeksan olacaq

15 Fevral 2018 09:26

Amerika Kolorado Universitetinin iqlim mütəxəssisləri əsrin sonunda okean sularının səviyyəsinin 65 sm yüksələcəyini açıqlayıb. Elm adamları hava-nəzarət bilgilərinə əsaslanaraq istehsal olunan dinamik modellər sayəsində dəniz səviyyəsinin 2,9 mm artdığını təsbit edib.

Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il” sərgisi

15 Fevral 2018 09:25

 Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr” layihəsi çərçivəsində “Çin təqvimi üzrə Yeni il” adlı sərgi açılıb. Olaylar.az bildirir ki, sərgi Azərbaycan Xalça Muzeyi və Çinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Muzeyin direktoru Şirin Məlikova bildirib ki, sərgi iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulmasına təkan verəcək. Bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. “Bugünkü sərginin əsas mövzusu Çin təqvimi ilə bu ili rəmzləşdirən it obrazıdır. Hər iki xalqın mədəniyyətində it obrazı insanı pis ruhlardan qoruyan müdafiəçi mənasını daşıyır”, - deyə muzeyin direktoru bildirib.

Azərbaycanlı kino mütəxəssisi “Berlinale Talents” proqramında

15 Fevral 2018 09:22

Fevralın 15-dən 25-dək Almaniyada 68-ci dəfə dünyanın ən nüfuzlu Berlin Beynəlxalq Film Festivalı keçiriləcək. Azərbaycanlı kino mütəxəssisi Səmayə Əsgərova fevralın 17-dən başlayaraq festival çərçivəsində Almaniyada baş tutacaq “Berlinale Talents” beynəlxalq kino təhsili proqramına qəbul olunub. O, “Cinemazadeh” kinoşirkətinin dəstəyi ilə təhsil proqramının “Kino bazarı” kurslarında filmlərin peşəkar satışı və yayımı sahəsində təhsil alacaq 10 mütəxəssisdən biridir.

Mustafa xanımının keçmiş sevgilisinə dönməsindən danışdı

15 Fevral 2018 09:19

Müğənni Mustafa Sandaldan boşanma xəbərləri ilə gündəmdə olan serbiyalı ifaçı Emina Sandalın keçmiş sevgilisiMarko Mİskoviç geri döndüyü iddia olunub. Çıxan xəərlərlə bağlı Mustafa danışıb.  O, Serbiya mətbuatının yazdığı bu xəbəri yalanlayıb: “Emina haqda çıxan məlumat tamamilə yanlışdır. Onun həqiqətlə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur”. Qeyd edək ki, bu gün Eminanın ölkəsində yazılan məlumatlara görə, onun ərindən ayrılmasına səbəb keçmiş sevgilisidir. Belə ki, E.Sandal bir vaxtlar böyük eşq yaşadığı, hətta evlənməyə hazırlaşdığı keçmiş sevgilisi Marko Miskoviçə qayıdıb. Mediada yazılanlara əsasən, Emina Markonu unuda bilməyib və onunla yenidən münasibət qurmaq qərarına gəlib.

Safura həyat yoldaşı ilə "Sevgililər günü"nü belə qeyd etdi - FOTO

15 Fevral 2018 09:17

“Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə yeni fotosunu paylaşıb. Ailə qurduqdan sonra müğənnilik karyerasına son qoyan Safura hesabında yerləşdirdiyi şəklində həyat yoldaşı ilə "Sevgililər günü"nü qeyd etdiklərini bildirib.

Uşaq Reinteqrasiya Mərkəzinin Direktoru mərkəzdən ayrıldı

15 Fevral 2018 09:15

Tanınmış hüquq müdafiəçisi Azərbaycan Uşaqlar Birliyinin Sədr müavini, Uşaq Reinteqrasiya Mərkəzinin Direktoru  Vasif Akifli özünün facebook sosial hesabında yenidən tv və media fəaliyyətinə davam etmək istəyini və  bu sahədə iş təkliflərinə açıq olduğu barədə paylaşım edib. Uşaqlara olan sonsuz sevgisi və onların hüquqlarının müdafiəsi üçün gecə - gündüz çalışan Vasif Akiflinin aldığı bu qərar bizi də təəcübləndirdiyindən hüquq müdafiəçisi ilə əlaqə yaratdıq. Olaylar.az -a açıqlama verən Vasif akifli bildirdi ki, artıq 3 il olacaq ki, zorakılıq qurbanı olan, atılmıs ve himayədən kənar uşaqlarla işləyir. "Bu deyildiyi kimi rahat da deyil. Məni tanıyanlar bilir ki, sığınacaga tv dən gəlmişəm".

İsrail “erməni soyqırımını” tanımaqdan imtina etdi

15 Fevral 2018 09:06

Bu gün İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini rədd edib. Bu barədə “Jerusalem post” xəbər verib. "Knesset “Yeş Atid" partiyasının sədri Yair Lapidin irəli sürdüyü erməni soyqırımı layihəsini rədd edib”, məlumatda deyilir.

Afrinə göndərilən yardımlar terrorçuların əlinə keçdi

15 Fevral 2018 09:05

Beynəlxalq Qızıl Xaç Cəmiyyəti tərəfindən Suriyada müharibədən əziyyət çəkən əhaliyə göndərilən humanitar yardım PYD/PKK terrorçuları tərəfindən mənimsənilib. Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatı zamanı PYD/PKKterrorçu təşkilatlarına məxsus anbar və düşərgələrdə dinc əhaliyə göndərilən külli miqdarda yardım bağlamaları aşkar edilib.

Fransa mətbuatı Xocalı soyqırımından yazdı

15 Fevral 2018 09:04

Fransanın www.atlantico.fr portalında “Dağlıq Qarabağ: 26 il sonra Xocalı kütləvi qırğını ilə bağlı qulaqbatırıcı sükut” adlı məqalə dərc olunub. Məqalədə 26 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələrinin 366-cı rus hərbi alayı ilə birlikdə 63-ü uşaq, 107-si qadın olmaqla 613 Azərbaycanlını qətlə yetirdiyi bildirilir. Fransa, eləcə də Avropa və dünya siyasətçilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı ilə bağlı mövqelərini açıq və qəti şəkildə bəyan etdikləri qeyd olunub.

NATO iki yeni komandanlıq yaradacaq

15 Fevral 2018 08:59

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Atlantika üzrə komandanlıq, Avropada loqistika üzrə komandanlıq və kiber-əməliyyat mərkəzinin yaradılmasına dair razılığa gəliblər. Bunun NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi

15 Fevral 2018 08:57

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib. Bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb. "Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi”, sabiq prezident yazıb.

Həkim: "Fasiləsiz zəhərlənmələr qara ciyərdə piylənmə yaradır"

14 Fevral 2018 20:30

"Qara ciyər piylənməsinin səbəbi bu orqanda yığılan piylərdir. Piylənmənin yüngül və yaxud ağır formada olduğunu ultrasəs müayinəsi (USM) zamanı vizual görmək olur. Adətən müayinə zamanı qara ciyərin piylənməsi və yaxud qara ciyərin piy distrofiyası olması müəyyənləşir."

6-8 saat yuxu yatanlar uzun ömür sürürlər?

14 Fevral 2018 20:15

Yuxu orqanizmin ən vacib fizioloji vəziyyəti olsa da, onun mənşəyi və səbəbləri hələ indiyədək tam öyrənilməyib. Yuxuya gedən canlının şüuru bir neçə saatlığa sönmüş olur. Bununla belə alimlər yuxunun bəzi qanunauyğunluqlarını da aşkar ediblər. Məlum olub ki, 6-8 saat yuxu yatan yetkin insanlara uzun ömür sürmək nəsib olur. Yuxu azlığı isə diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmin xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.

“Ağ Qızıl Akademiyası” adlı layihə

14 Fevral 2018 20:03

Biləsuvar rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Biləsuvar rayon Gənclər və İdman İdarəsi təşkilati dəstəyi ilə Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Sahil Hüseynzadənin “Ağ Qızıl Akademiyası” adlı layihəsi uğurla həyata keçirilib. Tədbirdə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirib ki, hazırda Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ölkəmiz öz inkişafının yeni bir mərhələsinə başlayıb. Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi pambıqçılığa olan marağı daha da artırıb. Ölkədə aqrar sahənin dinamik inkişafına nail olmaq üçün qarşıya qoyulan vəzifələr Biləsuvarda uğurla icra olunur.