MSK YAP-ın səlahiyyətli nümayəndələrini qeydə alıb
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Məlumata görə, Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri təsdiq olunub. Digər prezidentliyə namizədlərin də səlahiyyətli nümayəndələri səsə qoyularaq təsdiq edilib.
14 Fevral 2018 16:30 SiyasətMərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Məlumata görə, Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri təsdiq olunub. Digər prezidentliyə namizədlərin də səlahiyyətli nümayəndələri səsə qoyularaq təsdiq edilib.
Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Trend.az