Gündəm
Amerikanın neftin qiymətləri ilə bağlı “strategiyası” işə salınır
“Son 20 gün ərzində dünya bazarlarında neftin qiyməti 8,1 dollar və ya 11,5 faiz ucuzlaşıb. Yəni 20 gün öncə bir bareli 70,8 dollara satılan neft, indi 62,7 dollara satılır”. “OLAYLAR” xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Fikrət Yusifov deyib ki, 2016-cı ilin yanvar ayından sonra neftin qiymətlərində belə kəskin azalma müşahidə olunmayıb: “Qiymətlərdə kəskin azalmalar 2014-cü ilin ikinci yarısından başlayaraq 2015-ci ilin sonlarına qədər müşahidə edilmişdi.
Ziyad Səmədzadədən etiraz: "Fikirlərim təhrif olunub..."
"Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sistemli dövlət tənzimlənməsidirsə, digəri həmin sistemli dövlət tənzimlənməsinin həyata keçirilməsidir". Bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə fevralın 13-də Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffadlıq, inkişaf" adlı konfransdakı çıxışının bəzi mətbuat orqanlarında təhrif edilməsinə münasibətini bildirərkən deyib. Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti eyni zamanda, ölkədə aqrar sektorun dayanıqlı və davamlı inkişafı üçün dünyada özünü doğrultmuş iqtisadi mexanizmlərdən istifadə edir.
Sədr müavini: “Vətəndaşlarımızın seçkilərdə iştirakına dair təlimat mövcuddur”
“Azərbaycanda gedən istənilən proseslər xaricdə yaşayan soydaşlarımız, Azərbaycan xalqının nümayəndələri tərəfindən birmənalı şəkildə böyük əhəmiyyət və maraq kəsb edir. Soydaşlarımızın xaricdə yaşamalarına baxmayaraq, Azərbaycanla çox sıx əlaqədədirlər və məlumat əldə edirlər. Təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsi də bu işdə rolu danılmazdır”. Bunu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) sədrinin müavini Ramin Məmmədov deyib.
Nəzarətini 30 ildir itirdiyimiz bölgə
“30 ildir Dağlıq Qarabağ üzərində nəzarəti itirmişik. 1988-ci ilin 13 fevralında Xankəndində Azərbaycan əleyhinə ilk mitinqlər başladı, separatizmin və terrorun əsası qoyuldu. İşğalın 30 il davam etməsi bizim üçün böyük müddətdir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
“Ülke TV” xəbər kanalı Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb- VİDEO
Türkiyənin nüfuzlu xəbər kanallarından olan “Ülke TV” Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb.
Aydın Mirzəzadə: “Ermənistanı yox edən özünün apardığı siyasətdir”
“Ermənistanda əhalinin günü-gündən ağır vəziyyətə düçar olması işğalçı ölkə rəhbərliyinin 1991-ci ildən bu yana apardığı səhv dövlətçilik siyasətinin nəticəsidir. Hər üç prezidentin dövründə Ermənistan Azərbaycan torpaqlarının işğalı qonşu dövlətlərlə düşmənçilik mövqeyini özünün xarici siyasətinin əsas motivi görüb. Bu isə istər-istəməz ölkənin inkişafını dayandırır”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Ağsaqqallar Şurası prezident İlham Əliyevin namizədliyini dəstəkləyib
Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib. Məlumata görə, iclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dövlət başçısı İlham Əliyevin qarşıdakı seçkilərdə prezidentliyə namizədliyinin Şura tərəfindən dəstəklədiyini vurğulayıb: "Heydər Əliyev yolunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur.İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və İlham Əliyev də məhz belə şəxsiyyətdir. Azərbaycan Ağsaqqallar Şurası xalqımızı bir daha prezident seçkilərində prezident İlham Əliyevi dəstəkləməyə dəvət edəcək".
AŞ PA prezident seçkilərini müşahidə edəcəkmi?
“Azərbaycanın Avropa Şurasından (AŞ) və Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxması məsələsi gündəmdə deyil”. “Olaylar” xəbər verir ki, bunu Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi səfir Zoltan Hernyes deyib: “Azərbaycan AŞ və AŞPA-nın tamhüquqlu üzvüdür və bütövlükdə aktiv fəaliyyət göstərir. Azərbaycan nümayəndə heyəti AŞPA-nın yanvar ayındakı son sessiyasında da fəal olub.
Şeyxülislam: "Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz"
"İlham Əliyevin hakimiyyətə gəlişindən sonra dini sahədə çoxlu müvəffəqiyyətlər olub". Məlumata görə, bunuQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün idarədə keçirilən tədbirdə bildirib.
Britaniya şahzadəsinin nişanlısı gizlincə məscidə gedir... - “Emirates Woman”
Böyük Britaniya şahzadəsi Harrinin nişanlısı şahzadənin mərhum anası şahzadə Diananın nümunəsini davam etdirərək London məscidlərindən birini ziyarət edib. Bu haqda“Emirates Woman” nəşri xəbər yayıb. Bu ilin mayında kraliça Yelizavetanın nəvəsi ilə evlənməyə hazırlaşan amerikalı aktrisa Meqan Markl ziyarət üçün Grenfell göydələninin yanmasından əziyyət çəkən sakinlərə digərlərindən öncə qucaq açmış Şimali Kensinqtondakı məscidi seçib.
“Sevdiyim kişi çirkin və pullu olmalıdır” - Xumar
ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Xumar Qədimova olub. Müğənni proqramda ilk sevgisindən danışıb: "İlk dəfə 4-cü sinifdə sevmişəm. Amma biz ayrı-ayrı məktəblərdə oxumuşuq. Ümumiyyətlə, sevmədiyim vaxt olmayıb, hər zaman sevmişəm”.
Rəqsanə əri ilə ad günündə - VİDEO
Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə Moskvada ad günü edib. Gecənin qonaqları arasında müğənni Rəqsanə İsmayılova da yer alıb. Rəqsanə məclisə əri ilə birlikdə qatılıb. Sənətçi həyat yoldaşı Fazillə birlikdə çəkilən videosunu İnsatqram səhifəsində paylaşıb.
Harri Keyn: "Erkən qollar bizi "sındıra" bilərdi"
"Buraxdığımız erkən qollar bizi "sındıra" bilərdi. Axı səfərdə, böyük arenada oynayırdıq". Bu sözləri "Tottenhem" klubunun hücumçusu Harri Keyn deyib. Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Yuventus"un qonağı olan İngiltərə təmsilçisi 2:2 hesablı heç-heçə edib. "Tottenhem" matçın əvvəlində hesabda 2 top fərqilə geri düşsə də, oyunun gedişatını dəyişməyi bacarıb.
İstanbulun sərgi mərkəzində yanğın oldu
Türkiyənin İstanbul şəhərində "CNR Expo" sərgi mərkəzində yanğın baş verib. Yanğın yerli vaxtla saat 05:00-da baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.
Şagird və müəllimlər müayinəyə cəlb olundu
"Bakı şəhərinin mərkəzi məktəblərinin birində müəllimənin vərəm xəstəsi olması barədə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna məlumat daxil olub". Bunu institutunun direktoru Həqiqət Qədirova deyib. Hazırda bu məsələnin araşdırıldığını deyən H.Qədirova qeyd edib ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb: "Hazırda xəstə özü vərəm əleyhinə müəssisədə müalicə edilir. Onun barəsində olan məlumat isə müvafiq Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib ki, işlədiyi müəssisədə lazımi tədbirlər görülsün".














