“Sevdiyim kişi çirkin və pullu olmalıdır” - Xumar

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Xumar Qədimova olub. Müğənni proqramda ilk sevgisindən danışıb: "İlk dəfə 4-cü sinifdə sevmişəm. Amma biz ayrı-ayrı məktəblərdə oxumuşuq. Ümumiyyətlə, sevmədiyim vaxt olmayıb, hər zaman sevmişəm”.

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı müğənni Xumar Qədimova olub. Müğənni proqramda ilk sevgisindən danışıb: "İlk dəfə 4-cü sinifdə sevmişəm. Amma biz ayrı-ayrı məktəblərdə oxumuşuq. Ümumiyyətlə, sevmədiyim vaxt olmayıb, hər zaman sevmişəm".

Sənətçi daha sonra bəyəndiyi kişi obrazını açıqlayıb: "Mən göyçək kişi sevə bilmərəm. Heç vaxt gözəl görünüşlü birinə aşiq ola bilmərəm. Mən çirkin sevirəm. Əslində, çirkin yox, xarizmatik biri olsun. Sonra isə kişinin cibi gəlir. İkisi mütləq bir arada olmalıdır". Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31