Gündəm
Uşaqlar üçün on beş adda ədəbiyyat
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Bərpanəşr” layihəsi çərçivəsində 15 adda kitab nəşr olunaraq balacaların ixtiyarına verilib. “Bərpanəşr” layihəsi çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qızıl fondunda 1 nüsxə qalmış kitablar - Həsən Mehdiyev “Ovçu Səməndərin hekayələri”, Xanımana Əlibəyli “Ağ çəmən”, Teymur Elçin “Balaca Aytən”, Cəfər Cabbarlı “Ölkəm”, Mikayıl Müşfiq “Əhməd, Güllü, Sara, Bəbir”, Nigar Rəfibəyli “Bir cüt xurma ağacı”, Abdulla Şaiq “Yaxşı arxa”, M.Ə.Sabir “Təmsillər”, Simax Şeyda “Təyyarə”, İlyas Tapdıq “Bir evim var”, Şarl Perro “Büllür başmaq”, “Beş qardaş” (ingilis nağılı), “Daşdəmirin nağılı”, Səməd Behrəngi “Balaca qara balıq”, Əli Səttar Atakişiyev “Priklyuçeniya İbraqima” yenidən çap olunub.
Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən təqvim
Olimpiadada norovirusa yoluxanların sayı 244 nəfərə çatdı
Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən qış Olimpiya oyunlarında norovirusa yoluxanların sayı 244 nəfərə çatıb. Bu barədə "Los Angeles Times"in jurnalisti Neytan Fenno "Twitter"dəki mikrobloqunda bildirib.
"Şəhid şəhər" - XOCALI
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə “ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib. Olaylar.az bildirir ki, müsabiqənin yekun sərgisi fevralın 23 - də, saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.
Bakıda İran filmləri nümayiş ediləcək
Fevralın 23-dən etibarən Bakıda İran filmləri həftəsinə başlanılacaq. Fevralın 27-dək davam edəcək film həftəsi Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Ərdoğan və Tillerson arasında görüş üç saatdan çox davam etdi - YENİLƏNDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonu qəbul edib. Görüşün 3 saat 15 dəqiqə davam etdiyi bildirilir. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Türkiyə mətbuatının məlumatına görə, görüşün əsas müzakirə mövzuları ABŞ-ın Suriyada PYD və PKK-a dəstəyi, ikitərəfli münasibətlər, həmçinin beynəlxalq gündəm olub.
Emin Sabitoğlu haqqında yeni kitab
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun həyat və yaradıcılığına həsr edilən kitab nəşr olunub. Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın ərsəyə gətirdiyi kitabda bəstəkarın həyat və yaradıcılığının əsas istiqamətləri, musiqili səhnə, simfonik əsərləri, kinofilmlərə yazdığı musiqilər və mahnılar əks olunub.
7 türk əsgəri yaralandı
Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralanıb. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Binəli Yıldırım Merkellə görüşəcək
Qarın piylərinin əridilməsi üçün bunlara əməl edin!
Yəhudilər niyə uzunömürlü olur?
Balıq yəhudi mətbəxi, dini və yəhudi fəlsəfəsinin rəmzlərindən biridir. O, Tövratda da səmavi bayram simvollarından biri sayılır. Balıq bürcü isə yəhudilərdə həmişə ən xeyirxah zodiak işarəsi kimi qəbul olunub. Bu, bəlkə də onunla bağlıdır ki, iudaizm dinində balığın pis gözlərdən qoruduğuna inanılır. Bundan başqa, yəhudilərin fikrincə, göz qapaqları olmayan balıq Allahın ayıq gözüdür.
Ağız qoxusu hansı xəstəliklərin xəbərçisidir?
Halitosis - ağızda əmələ gələn xoşagəlməz qoxuya deyilir. Əksər insanlar halitosislə bağlı yanlış bilgilərə sahibdir. Halitosislə bağlı çox insanın xəbərsiz olduğu bilgiləri təqdim edirik.
Dırnaq yemək ölümcül xəstəlik yaradır!
İnsanlar düşünürlər ki, dırnaq yemək narahatçılıqdan irəli gəlir. Dırnağını və ya dırnaqətrafı əti dişləyib qoparan insan görəndə adətən onun gərgin olduğunu düşünürük. Əslində isə yanılırıq. Çünki alimlərin gəldiyi qənaət göstərib ki, bu insanları digər səbəb birləşdirir. Bəzi hallarda dırnaqlarını yeyənlər üçün böyük təhlükə var. Belə ki, açıq qalan yaralar tədricən mikrobla dolur, infeksiya mənbəyinə çevrilir. Hətta tarixdə bu qəribə vərdişin həyatını əlindən aldığı onlarla insan var.
“Google” şirkəti “Chrome” brauzeri üçün reklamı bloklayan mexanizm istifadəyə verib
15 fevralda “Google” şirkəti “Chrome” brauzerində zəhlətökən reklam elanlarını bloklamağa başlayıb.
Süni intellekt gimnastların çıxışlarını qiymətləndirməyə kömək edəcək
Beynəlxalq Gimnastika Federasiyası (FIG) 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında gimnastların çıxışlarının qiymətləndirilməsində hakimlərə kömək üçün Yaponiyanın "Fujitsu" şirkətinin hazırladığı süni intellekt texnologiyalarından istifadəni planlaşdırır.














