7 türk əsgəri yaralandı

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralanıb. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilir ki, əsgərlər iki ayrı silahlı əməliyyatda xəsarət alıblar. Bildirilir ki, "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1528-ə çatıb.

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31