Emin Sabitoğlu haqqında yeni kitab 

 Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun həyat və yaradıcılığına həsr edilən kitab nəşr olunub. Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın ərsəyə gətirdiyi kitabda bəstəkarın həyat və yaradıcılığının əsas istiqamətləri, musiqili səhnə, simfonik əsərləri, kinofilmlərə yazdığı musiqilər və mahnılar əks olunub.

"Şərq-Qərb" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31