"Şəhid şəhər" - XOCALI
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə “ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib. Olaylar.az bildirir ki, müsabiqənin yekun sərgisi fevralın 23 - də, saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.
16 Fevral 2018 09:09 MədəniyyətAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə "ŞƏHİD ŞƏHƏR" adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib.
Olaylar.az bildirir ki, müsabiqənin yekun sərgisi fevralın 23 - də, saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.
15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqədə məqsəd Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaqdır.
Müsabiqəyə 450-yə yaxın uşaq, 800-dən çox əsəri ilə qatılmışdır. Yekun sərgidə 170 uşağın, 180-ə yaxın işinin nümayişi nəzərdə tutulur.