Gündəm

Şəmkirdə PARTLAYIŞ

3 Mart 2018 23:03

Şəmkir rayonu, Keçili kəndində ümumi sahəsi 20 m2 olan köməkçi tikilidə (hal-hazırda təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib. Hadisə zamanı tikilinin pəncərə şüşələri sınıb, divarları qarsalanıb və tikiliyə bitişik yığılmış 16 ton ot bağlamasının 4 tonu yanıb.

Tramp dietaya başladı – Həkim məsləhəti

3 Mart 2018 19:58

ABŞ Prezidenti Donald Tramp həkim məsləhəti ilə dietaya başlayıb. Bununla bağlı Ağ Evdəki mənbə məlumat verib. O bildirib ki, Tramp fəsfuddan imtina edib və sağlam qiadalanmağı qarşısına məqsəd qoyub.

Müqavilə imzalandı:  Qazaxıstan nüvə silahını qadağan edir

3 Mart 2018 19:55

Qazaxıstan nüvə silahını qadağan edən müqaviləyə imza atıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat verib. Müqaviləni Qazaxıstanın BMT yanında daimi nümayəndəsi Kayrat Umarov imzalayıb.

Orta məktəblərin statusu  DƏYİŞDİRLİR

3 Mart 2018 19:53

“Milli Məclisin Elm və Təhsil komitəsinin 2018-ci il qanunverici işlər planına “Orta ümumtəhsil məktəbləri haqqında” yeni qanun layihəsinin hazırlanması daxil edilib. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycan təhsilinə öz müsbət töhfəsini verəcək”.

İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi

3 Mart 2018 19:52

Qazax rayonu İkinci Şıxlı kəndində maraqlı hadisə baş verib. İkinci Şıxlı kəndi 1 nömrəli uşaq baxçasının müdirəsi Sədaqət Rəsulova və Turan adlı müəllimə işdən azad ediliblər. Fevralın 27-də S.Rəsulovanın yerinə həmin bağçada xadimə işləyən Məhəbbət adlı xanım təyin edilib. O da öz növbəsində Turan müəllimənin yerinə öz gəlinini işə götürüb.

Sakinlər PKK terrorçularını kənddən qovdu - VİDEO

3 Mart 2018 19:50

Suriyanın Menbiç bölgəsində PKK terror təşkilatı döyüşçüləri gözlənilməz hadisə ilə qarşılaşıb. Menbiçin kəndlərindən birində sakinlər terrorçuların nəzarət nöqtələrinə hücum ediblər.

Azərbaycanda beynəlxalq qadın klubu təsis olunub

3 Mart 2018 19:35

Azərbaycanda beynəlxalq qadın klubu təsis olunub. Klubun əsas məqsədi qadınlar arasında əməkdaşlığı genişləndirməkdir. Hazırda dünya ölkələrinin qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. Qadınların cəmiyyətdə yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır.

“Qadınların dünyada rolu"

3 Mart 2018 19:32

​​​​​​​Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Fotoqrafları Birliyi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə Bakıda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgi açılacaq. “Qadınların dünyada rolu” adlı sərgi martın 7-də Xətai Sənət Mərkəzində təşkil ediləcək. Bu barədə Olaylar.az -a Azərbaycan Fotoqrafları Birliyindən məlumat veriblər.

Özbəkistan Prezidenti İlham Əliyevə başsağlığı verdi

3 Mart 2018 19:29

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Başsağlığında deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycanın paytaxtı Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbəri bizi çox kədərləndirdi.

Direktor müavini 15 yaşlı şagirdini həyətin ortasında zorladı, hamilə qoydu və... - ŞAMAXIDA

3 Mart 2018 19:26

Şamaxı rayonunda seksual xarakterli zorakılıq hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.az xəbər verir ki, Elnur İbrahimov Şamaxı rayonu Pirbəhli kənd orta məktəbində dərs hissə müdiri-direktor müavini vəzifəsində işləyib. Onun təcavüz etdiyi 2000-ci il təvəllüdlü Sahibə Babayeva (ad və soyad şərti verilib – red.) da həmin məktəbin şagirdi olub.

Məşhur modellər Azərbayacanda podiuma çıxdı

3 Mart 2018 19:17

Çağla Şıkel, Özge Ulusoy, Vilma Elles, Tuba Melis Türk, Ege Begüm Yücetan, Şəbnəm Şefer, Mərvə Büyüksaraç, həmçinin Günay Musayeva dünən Bakının qonağı olub. Məşhur modellər Azərbaycana bir moda evinin dəfiləsində çıxış etmək üçün gəlib. Türkiyəli modellər podiumda dizaynerlərin 2018 yaz-yay məhsullarını nümayiş etdirib. Çağla Şikel, Vilma Elles və Özge Ulusoy mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Onlar qardaş ölkə Azərbaycanda olduqları üçün çox xoşbəxt olduqlarını deyib. İlk dəfə Bakıya gəldiyini bildirən Çağla Şikel təşkilatçılardan çox razı qaldığını deyib:

Abid Şərifov dəhşətli yanğından danışdı: Çətin məsələdir

3 Mart 2018 19:10

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Dövlət Komissiyasının martın 3-də ilk iclası keçirilib. Komissiyanın sədri, Baş nazirin müavini Abid Şərifov iclasda müzakirə olunan məsələlər barədə Azərtac-a məlumat verərək deyib ki, yanğın baş verən zaman Narkoloji Mərkəzin həmin korpusunda 55 xəstə olub. Onlardan 25-i dünyasını dəyişib.

Cümhuriyyət dövrünü əks etdirən kitablar təqdim edildi

3 Mart 2018 19:08

"Azərkitab - Kitab Təbliğatı Mərkəzi"ndə tədqiqatçı - publisist Dilqəm Əhmədin 4 il ərzində Türkiyədə Azərbaycan Cümhuriyyəti dövrünə aid topladığı materiallar əsasında “Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) kitablarının imza günü keçirilib.  "Azərkitab - Kitab Təbliğatı Mərkəzi"nin layihə rəhbəri Mirisrafil Sabir Həsənov  D. Əhmədin Azərbaycan Cümhuriyyəti dövrünün tədqiqatçılarından biri olduğunu söyləyib.

Neslihan Atagül: “Təkcə ayaq açmaqla...” - VİDEO

3 Mart 2018 19:03

"Kimə sual versən, pilates və yoqayla təmizləndiyini deyir. Lakin bunu praktikada görmürük. Bu işlər ayaq açmaqla olmur, beynini təmizləmək gərəkdir". Bu sözləri Neslihan Atagül deyib. O, fotoqraf Aydan Alpünün Yutub kanalının qonağı olub. Çəkiliş fotoqrafın evində baş tutub.

Mərhum nazir Natiq Əliyevin nəvəsi müğənniliyə ilk ADDIMINI ATDI - VİDEO

3 Mart 2018 19:00

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin Sara Əliyeva ilə birinci evliliyindən olan qızı Aliyə ilk mahnısını təqdim edib. A.Əliyeva “Vorobey” adlanan mahnısını yutub kanalında yerləşdirib.