Gündəm

Dəniz sahilindəki evlər hər an təxliyə EDİLƏ BİLƏR - ŞOK XƏBƏRDARLIQ

3 Mart 2018 18:56

ABŞ-da tufan səbəbi ilə 5500-dən çox uçuş ləğv edilib. Ölkənin şimal-şərqində dünən səhər saatlarından güclü külək, tufan və şiddətli yağış müşahidə edilir. Hava şəraiti ilə əlaqədar olaraq 5536 uçuş ləğv edilib, 17 min səfərdə isə gecikmə olub. Nyu-Yorkun Con F.Kennedi Beynəlxalq Hava limanında yerli saatla saat 23:00-dan etibarən 462 uçuşun ləğv edildiyi bildirilib.

Xalça Muzeyində xanım jurnalistlər üçün mediatur

3 Mart 2018 18:52

 Martın 3-də Azərbaycan Xalça Muzeyində xanım jurnalistlər üçün mediatur təşkil edilib. 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan mediatur çərçivəsində jurnalistlərə muzeyin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

“Çoçuklar duymasın” serialının qəhrəmanları İLK DƏFƏ ÖPÜŞDÜ

3 Mart 2018 18:47

Efirə getdiyi gündən bəri böyük izləyici toplayan “Çoçuklar duymasın” serialı bu dəfə öpüş səhnəsi ilə gündəm yaradıb.

Gəncədə BƏDBƏXT HADİSƏ: 51 yaşlı qadın pəncərə silərkən...

2 Mart 2018 21:05

Gəncədə 51 yaşlı qadın ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib. Hadisə şəhərin Ozan küçəsində yerləşən yaşayış binalarının birində baş verib.

Astarada avtomobil qaz borusuna çırpılıb, xəsarət alan var

2 Mart 2018 21:01

Astara rayonu Şahağacı kəndində yol qəzası olub.  "VAZ 2106" markalı avtomobil hərəkətdə olarkən qarşısına maneə çıxıb. Sürücü maneədən yayınmaq istəyərkən idarəetməni itirib və avtomobil yolun kənarındakı qaz borusuna çırpılıb.    

Binəli Yıldırım prezident İlham Əliyevə başsağlığı verib

2 Mart 2018 20:59

Türkiyə baş naziri Binəli Yıldırım Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.  B. Yıldırımın məktubunda deyilir:

Universitetdə atışma

2 Mart 2018 20:56

Bakı Uşaq Teatrının  “Həyatla oyun” tamaşası Universitetdə nümayiş olundu

2 Mart 2018 20:52

Martın 2-də Azərbaycan Dillər Universitetində  Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilən “Həyatla oyun” tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, öncə universitetin Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov bu tamaşanın nümayişinə görə Gənclər və İdman Nazirliyinə, eyni zamanda Bakı Uşaq Teatrının işçilərinə dərin minnətdarlığını bildirib. O, cəmiyyətin ən böyük problemlərindən biri olan narkomaniya və QİÇS-lə mübarizənin əhəmiyyətini vurğulayıb, bu tamaşanın tələbələri maarifləndirməkdə və onların bu bəla ilə mübarizədə daha qətiyyətli addımlar atmasında əhəmiyətli rolu olacağını diqqətə çatdırıb.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında

2 Mart 2018 20:48

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı bu dəfə da maraqlı tamaşalar vəd edir. Belə ki, məktəblilər teatrın səhnəsində mart ayının ilk həftəsində ayın 3-ü saat 12:00 və 14:00-da P.Nurəliyevanın “Dəcəl keçi”, ayın 4-ü eyni saatlarda isə S.S.Axundov və A.Şaiqin “Qaraca qız” tamaşalarını izləyə biləcəklər. Axşam tamaşaları isə bu həftə klassik əsərlər vəd edir. Teatr mart ayının 3-ü saat 19:00-da C.Cabbarlının “Aydın”, martın 4-ü saat 19:00-da isə H.Cavidin “Şeyx Sənan” tamaşalarını nümayiş etdirəcək.

Ukrayna, Belerus vokal ustaları Opera Teatrında

2 Mart 2018 20:46

 Martın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan, Ukrayna və Belarusun vokal ustalarının birgə iştirakı ilə görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Madam Batterflyay” operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, tamaşada əsas partiyanı Çio-Çio-San rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova dəvət olunmuşdur. T.Qavrilova Çio-Çio-San partiyasının ən yaxşı ifaçılarından biri sayılır.

“Mətbuatımız və ana dilimiz” mövzusunda dəyirmi masa

2 Mart 2018 20:42

Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Mətbuatımız və ana dilimiz” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov dilimizin ifadə imkanları, təhsilin dil mühitində inkişaf etdirilməsi və şifahi nitqdə olan problemlərdən bəhs edib. Dünyanın ən qəliz mətləblərini Azərbaycan dili vasitəsi ilə ifadə etməyin mümkünlüyünü vurğulayan M.İmanov mətbuat orqanları, radio və telekanalların yol verdiyi nöqsanlardan danışıb:

“Azərbaycan klassiklərinə” yeni nəfəs verildi

2 Mart 2018 20:40

TEAS Press Nəşriyyat evinin “3 alma” əmtəə nişanı ilə nəşr olunan kitablar siyahısına yeni və ən dəyərli olan “Azərbaycan klassikləri” seriyası əlavə edildi. Bu seriyaya daxil olan kitablara Azərbaycanın ən görkəmli yazar və şairlərindən olan Nizami Gəncəvi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Rəşid bəy Əfəndizadə, Abdulla Şaiq, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə, Xanimana Əlibəyli, Hikmət Ziya, Teymur Elçin, Tofiq Mahmud, Məmmədhüseyn Təhmasibin uşaqlar üçün yazdığı hekayələri, şeirləri, xatirələri daxildir.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıb

2 Mart 2018 19:50

Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabının silsilə təqdimatları başlayıb. Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov çıxışında bildirib ki, kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, kitabda onun təşəbbüsü və rəhbərliyi altında ölkəmizin multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsi səhəsində həyata keçirdiyi layihələrdən, bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əldə edilən nailiyyətlərdən bəhs olunur.