“Qadınların dünyada rolu"

​​​​​​​Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Fotoqrafları Birliyi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə Bakıda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgi açılacaq. “Qadınların dünyada rolu” adlı sərgi martın 7-də Xətai Sənət Mərkəzində təşkil ediləcək. Bu barədə Olaylar.az -a Azərbaycan Fotoqrafları Birliyindən məlumat veriblər.

Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Fotoqrafları Birliyi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə Bakıda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgi açılacaq. "Qadınların dünyada rolu" adlı sərgi martın 7-də Xətai Sənət Mərkəzində təşkil ediləcək.

Bu barədə Olaylar.az -a Azərbaycan Fotoqrafları Birliyindən məlumat veriblər.

Onun sözlərinə görə, Elnurə İsgəndərovanın layihə rəhbəri olduğu sərgidə təsviri və tətbiqi sənətin bütün növləri üzrə 150-dən çox rəssamın 200-dək işinin nümayiş etdirilməsi nəzərdə tutulur.

Sərgidə müxtəlif yaş qruplarında olan rəssam və dekorativ sənət ustalarının əsərləri təqdim ediləcək.

Sonda iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31