Gündəm
Azərbaycanla sərhəddə əməliyyat: Döyüşlər başladı
Rusiyanın Dağıstan Muxtar Resbupblikasında antiterror əməliyyatları başlayıb. Bununla bağlı bölgədə xüsusi rejim tətbiq edilib. Tsumadinsk rayonunda məskunlaşan terrorçular axtarılır.
Moskvada 17 reys ləğv olundu
Rusiyada 17 reys ləğv olunub, 36-sı isə gecikib. Kəskin hava şəraitinə görə Moskvanın 3 hava limanında - "Şeremetyevo"da 25, "Domodedovo"da 8, "Vnukovo" hava limanında isə 3 reys gecikir.
İtaliyada parlament seçkisi başladı
İtaliyada parlament seçkisi başlayıb. Bu barədə informasiyanı İtaliya Daxili İşlər Nazirliyi yayıb. Nazirlik ölkə ərazisində və xaricində səs vermək üçün 61 min məntəqənin yaradıldığını bildirib. Seçkidə ümumilikdə 46,6 milyon nəfərin iştirak edəcəyi vurğulanıb.
2500 terrorçu məhv edildi
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair hesabat açıqlanıb. Türkiyənin Baş Qərargahının yaydığı son məlumata əsasən, Afrində zərərsizləşdirilən terrorçuların sayı 2516-a çatıb.
Nigeriyada növbəti qarşıdurma
Nigeriyanın şimal-şərqində baş verən toqquşmalarda azı 15 nəfər öldürülüb. Qarşıdurmalar Mambilla yaşayış məntəqəsində qeydə alınıb. Toqquşmalar zamanı həmçinin bir neçə nəfər xəsarət alıb.
Bu gün 36 mindən çox şagird imtahan verəcək
Bu gün respublikanın ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək. Ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 80 imtahan mərkəzi ayrılıb.
Narkoloji Mərkəzdə ölənlər arasında həkim və pensiyaçı da var
Respublika Narkoloji Mərkəzində baş vermiş yanğında həlak olan şəxslərdən biri həkim olub. Həmin şəxs mərkəzdə müalicə alırmış. Bunu baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov deyib. "Yanğın vaxtı bir həkim dünyasını dəyişib. Ancaq o, xəstəyə baxan həkim olmayıb. Sadəcə müalicə alan xəstələrdən biri 62 yaşlı həkim olub"- A.Şərifov bildirib.
Yaşayış evində partlayış: xəsarət alanlar var
Çində ailələrə üçüncü uşaq "icazəsi" verilə bilər
Çin hökuməti çinli ailələrə üçüncü uşağa sahib olmaq icazəsi verə bilər. Təklifi Çinin cənubundakı Quandun əyalətinin nümayəndəsi Çju Leyuy irəli sürüb. Məsələ bu ilin mart ayında Milli Xalq Konqresinin illik sessiyasında müzakirə olunacaq.
Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi
Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. İcra başçısının birinci müavini Mehmanov Yetkin Cavad oğlu vəzifəsindən azad edilib. Bu vəzifəyə əvvəllər icra başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzərova İlhamə Sahib qızı təyin edilib. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin yeni müdiri vəzifəsinə isə, Nemətov Samir Sabir oğlu təyinat alıb.
Mətbuat Şurası Əyyub Kərimovun vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycan Mətbuat Şurası tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimovun (Kərimov Əyyub Zakir oğlu) faciəli şəkildə dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib. Başsağlığında onun vaxtsız vəfatının dərin üzüntü və sarsıntı oıduğu bildirilir. “Ə.Kərimov Azərbaycan Mətbuat Şurasının qurucularından olub. Şuranın formalaşmasına, qurumun fəaliyyət sənədlərinin hazırlanmasına böyük əmək sərf edib. Mərhum qurumun İdarə Heyətində təmsil olunub, həmçinin hüquq komissiyasının rəhbəri kimi təşkilati işlərdə özünün fəallığı ilə seçilib.
Əsəd atəşkəs qərarını pozdu - Əhali bombardman edildi
Bəşər Əsəd atəşkəs qərarını pozaraq öz xalqına qarşı düşmənçiliyini davam etdirir. Suriya İnsan Haqqları Şəbəkəsi (SİHŞ) ölkədə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının (BMTŞ) “insani atəşkəs” qərarını açıqlamasına baxmayaraq 25 Fevral – 2 Mart tarixi arasında reallaşan hücumlar nəticəsində 38 uşaq, 21 qadın, 146 mülki vətəndaşın öldüyünü açıqlayıb.
Ağ ev yaxınlığında SİLAHLI İNSİDENT
Məkkədə qadınlar üçün marafon - İLK DƏFƏ
Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib. Qaçış marafonu bu ilin aprelində Məkkədə qapalı məkanda keçiriləcək. Marafonun baş tutacağı zalın sahibi olan "Əl-Vəhda" klubunun prezidenti Əhməd Teyib deyib ki, bu yarışda daha çox qadının iştirak etməsi üçün əllərindən gələni edəcəklər. Marafonda 18 yaşından yuxarı zərif cinsin nümayəndələri iştirak edə bilər. Qaliblərə müxtəlif hədiyyələr təqdim olunacaq.














