Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi
Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. İcra başçısının birinci müavini Mehmanov Yetkin Cavad oğlu vəzifəsindən azad edilib. Bu vəzifəyə əvvəllər icra başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzərova İlhamə Sahib qızı təyin edilib. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin yeni müdiri vəzifəsinə isə, Nemətov Samir Sabir oğlu təyinat alıb.
4 Mart 2018 11:29 SosialXaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
İcra başçısının birinci müavini Mehmanov Yetkin Cavad oğlu vəzifəsindən azad edilib.
Bu vəzifəyə əvvəllər icra başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzərova İlhamə Sahib qızı təyin edilib. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin yeni müdiri vəzifəsinə isə, Nemətov Samir Sabir oğlu təyinat alıb.
Birinci müavin vəzifəsinə təyin olunmuş Nəzərova İlhamə Sahib qızı 1982-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
İ.Nəzərova 2014-cü ildən icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.
Report