Nigeriyada növbəti qarşıdurma

Nigeriyanın şimal-şərqində baş verən toqquşmalarda azı 15 nəfər öldürülüb. Qarşıdurmalar Mambilla yaşayış məntəqəsində qeydə alınıb. Toqquşmalar zamanı həmçinin bir neçə nəfər xəsarət alıb.

Nigeriyanın şimal-şərqində baş verən toqquşmalarda azı 15 nəfər öldürülüb. Qarşıdurmalar Mambilla yaşayış məntəqəsində qeydə alınıb. Toqquşmalar zamanı həmçinin bir neçə nəfər xəsarət alıb.

Qarşıdurmalara səbəb Mambillanın fermerləri ilə maldarları arasında fikir ayrılığı olub. Həmin ərazidə Qərbi Afrikada yeganə yüksək dağ çay plantasiyası yerləşir.

Hadisənin baş verdiyi əraziyə bir neçə mobil polis və ordu dəstəsi göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31