Gündəm

Səfirliyin fəaliyyəti dayandırıldı

5 Mart 2018 09:10

ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini dayandıracaq. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir. Bu barədə Amerika diplomatik nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

2 günə 600 adam ölüdürüldü

4 Mart 2018 21:46

İki həftə ərzində Suriyanın Şərqi Quta bölgəsində aviazərbələr və quru qüvvələrinin hücumu nəticəsində 600-ə qədər insan həlak olub. Bunu BMT-nin Suriya böhranı üzrə humanitar yardım koordinatoru Panos Moumtzis bildirib.

Bina uçdu: 4 ölü, 20 yaralı

4 Mart 2018 21:37

Polşanın Poznan şəhərində qaz sızması nəticəsində dörd mərtəbəli yaşayış binasında partlayış olub, bina uçub.  Polşa Dövlət Yanğın Xidməti binanın uçması nəticəsində 4 nəfərin öldüyü, 21 nəfərin yaralandığını açıqlayıb.

Xəzərdə zəlzələ

4 Mart 2018 21:33

Bakıda yanğın baş vermiş narkoloji mərkəzdə həyat necə olub?

4 Mart 2018 17:49

Narkoloji Mərkəzdə müalicə alan, adının açıqlanmasını istəməyən şəxlərdən biri BBC Azərbaycancaya deyir ki, orada 21 gün müalicə alıb. Onun sözlərinə görə, müalicə müəssisəsi qapalıdır, müalicə alanlar 40-50 nəfərlik korpuslarda yerləşdirilib və pəncərələr və qapılar bağlı olaraq saxlanılıb.

Abşeronda maşının vurduğu piyada xəstəxanadan qaçıb

4 Mart 2018 17:47

Abşeron rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub. Hadisə Ceyranbatan bağları ərazisində baş verib. Abşeron Ceyranbatan Peşə Liseyinin yataqxanasında yaşayan 1977-ci il təvəllüdlü Əsədov Vüqar İbrahim oğlu ərazidəki marketin qarşısında yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Tahir Əkbərin məzar yeri dəyişdirildi - FOTO

4 Mart 2018 17:44

Martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbər dəfn olunduqdan sonra məzar yeri yenidən dəyişdirilib. Bu barədə Əməkdar artist Aybəniz Haşımova İnstaqram hesabında məlumat verib. O bildirib ki, bu qərarı bəstəkarın həyat yoldaşı verib.

Dərbəndin azərbaycanlı başçısı ev dustağı edildi

4 Mart 2018 17:43

Dağıstan Respublikasının Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov vəzifəsindən kənarlaşdırılıb. Bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb. Məhkəmə M. Cəlilovun ev dustaqlığına məhkum edilməsi barədə qərar verib.

Azərbaycanın xalq artisti vəfat etdi

4 Mart 2018 17:41

Tanınmış diktor, xalq artisti Qara Tağızadə vəfat edib. Bu barədə mərhumun həmkarı Əli Məhəmmədoğlu Feysbuk hesabında yazıb. Qara Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. BDU-nun Filologiya fakültəsini bitirib. 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 2002-ci ildə Prezident təqaüdçüsü olub.

Sürücü polislərə silahlı hücum çəkdi - Xətaidə

4 Mart 2018 17:39

Bakının Xətai rayonunda sürücü polisə müqavimət göstərib. Xətai rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Pərviz Həzilinin idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

Ərəb toyunda biabırçılıq: Başıaçıq, qısaətəkli qızlar meydanda... - VİDEO 

4 Mart 2018 13:24

Bu görüntülər ərəb toylarından birində çəkilib. Görüntülərdə başaçıq, qısaətəkli qızlar meydan rəqs edir. Onlardan bəziləri davula yaxınlaşaraq, çalmağa da cəh ediblər.

Azərbaycanın builki “Eurovision” mahnısı – VİDEO

4 Mart 2018 13:18

“Eurovision 2018”də Azərbaycanı təmsil edən mahnı təqdim olunub.  “X my heart” adlanan mahnını klipi Yunanıstanda hazırlanıb.

Yeni Narkoloji Mərkəz nə vaxt istifadəyə veriləcək?

4 Mart 2018 13:16

“Mən Komissiyanın bugünkü iclasında aidiyyəti qurumlardan- Səhiyyə Nazirliyindən və Bakı Şəhər İcra Hakimiyyətindən xahiş etdim ki, müvafiq araşdırmalar başa çatdırıldıqdan sonra həmin bina tamamilə sökülsün və ərazidə lazımi abadlıq işləri aparılsın”. Bu barədə Baş nazirin müavini Abid Şərifov Narkoloji Mərkəzdə baş vermiş yanğınla bağlı bir qrup KİV-ə açıqlamasında bildirib.