Azərbaycanın xalq artisti vəfat etdi

Tanınmış diktor, xalq artisti Qara Tağızadə vəfat edib. Bu barədə mərhumun həmkarı Əli Məhəmmədoğlu Feysbuk hesabında yazıb. Qara Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. BDU-nun Filologiya fakültəsini bitirib. 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 2002-ci ildə Prezident təqaüdçüsü olub.

Tanınmış diktor, xalq artisti Qara Tağızadə vəfat edib. Bu barədə mərhumun həmkarı Əli Məhəmmədoğlu Feysbuk hesabında yazıb.

Qara Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. BDU-nun Filologiya fakültəsini bitirib. 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 2002-ci ildə Prezident təqaüdçüsü olub.

Uzun illər Azərbaycan radiosunun diktoru olub. Daha sonra AzTV-də diktor və baş diktor vəzifələrində çalışıb.

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31