Gündəm
Yanğında ölənlərin ailələrinə nə qədər yardım ediləcək?
Mərkəzdə olan xəstələrlə və dünyasını dəyişən insanlarla bağlı araşdırılmalar bir həftə ərzində başa çatdırılacaq. Onların ailələrinə veriləcək ilkin yardımın məbləği, təqaüdün təyin olunması məsələləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyənləşdirilir. Bu sözləri Abid Şərifov Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı açıqlamasında deyib. O bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, yanğın və digər fövqəladə hallar səbəbindən həlak olanların ailələrinə yetkinlik yaşına çatmayan övladları da nəzərə alınaraq birdəfəlik yardım və ya təqaüdlərin verilməsi məsələsinə baxılır:
Brilliant Dadaşova 5 ildən sonra... - Fotolar
Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev Sarayında “Bu həyat sevgi ilə daha gözəldir” adlı solo konserti baş tutub. Müğənni 5 illik fasilədən sonra 20 nəfərlik ansamblı, yeni və repertuarındakı sevilən mahnılarıyla tamaşaçıların qarşısına çıxıb.
Ucuz xizək sürən aktrisa ayağını sındırdı - Foto
“Doctor Who” serialının tanınmış aktrisası Sarah Pariş ayağını sındırıb. Aktrisa ucuz olduğu üçün aldığı plastik xizəklərlə qar üzərində srüşərkən yıxılıb. Ayağı qırılan Sarahı Mançestrdə xəstəxanaya yerləşdiriblər.
Səyyar ASAN xidmət yeni məntəqələrdə
Səyyar ASAN xidmət 5-17 mart tarixində Oğuzda, 5-19 mart tarixində Xırdalan, Saatlı, Naftalan, Siyəzən, Cəlilabad, Ucar və Salyanda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Bundan başqa, səyyar avtobuslar 28 fevral – 19 mart tarixində Beyləqanda, 3-17 mart tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində vətəndaşların xidmətində olacaq.
“Los Angeles Times” qəzetinin ispandilli versiyası: Ermənistan Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədib
ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” qəzetində qəzetin baş redaktoru Alexandro Masielin (Alejandro Maciel) müəllifliyilə Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı və bir neçə gün öncə Kaliforniya Ştat Senatında Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləmə haqqında məqalə dərc edilib. Qeyd edilməlidir ki, 1 milyonluq tiraja malik “Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los Anceles vilayətində isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzü günü-gündən güclənməkdədir.
Azərbaycanda 8 minə bal satılır - VİDEO
Azərbaycanda 8 min manata balla birlikdə arı pətəyi satılır. Balakənli arıçının düzəltdiyi özünəməxsus arı pətəklərinin belə qiymətli edən onların təbii vasitələrdən hazırlanmasıdır. Bal yarpaq, ləçək, kümbəzlə yanaşı, kötük kimi təbii arı pətəklərindədir.
Lotu Quli öldürüldü? - Açıqlama
Sosial şəbəkələrdə atışma videosu yayılıb və şərhlərdə iddia olunur ki, guya bu kadrlar kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qətlinin görüntüsüdür. Videoda ağ rəngli avtomobildə bir qrup insan dayanacaqda durmuş avtomobilləri əzərək atəş açır. Kadr arxasındakı qadın səsi bildirir ki, atışma nəticəsində Lotu Quli qətlə yetirilib.
Muradda xəstəlik aşkarlandı - həkimlər diaqnoz qoydu
Müğənni Murad Dalkılıça həkimlər "Vertiqo" xəstəliyi (baş gicəllənmə, ürək bulanma, huş itirmə) diaqnozu qoyublar. İfaçı sevgilisi, aktrisa Hande Erçellə getdiyi Amsterdam tətilində bir neçə dəfə özünü pis hiss edib.
Gözəlliyinizi düyü suyu ilə qoruyun
Plovun dadlı, düyülərin dən-dən qalması üçün düyünü bir neçə saat suda saxlayırıq. Əksəriyyətimiz düyünü süzdükdən sonra suyunu atırıq. Lakin düyü suyunun faydasını öyrəndikdən sonra onu atdığınız üçün peşman olacaqsınız. Publika.az-ın gözəllik bölməsi xəbər verir ki, düyü suyu xüsusi ilə dəri üçün faydalıdır. Düyü suyu necə hazırlanır?
Məmmədyarov beynəlxalq turnirdə ikinci oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə keçirilən sürətli şahmat turnirində ikinci yeri tutub. Son qarşılaşmalarda 33 yaşlı qrossmeyster qara fiqurlarla israilli Boris Gelfand və rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, ağ fiqurlarla digər rusiyalı Daniel Dubova uduzub.
Zəlzələ - İranda
İranın mərkəzi bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yeraltı təkanların episentri Bafq şəhərindən 56 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
“Yeddi gözəl” adlı batika sərgisi keçiriləcək
Martın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə istedadlı rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərgisinin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimləri keçiriləcək.
Superliqada baş məşqçi istefası
"Konyaspor" baş məşqçi Mehmet Özdiləklə yollarını ayırıb. Buna səbəb komandanın uğursuz çıxış etməsidir. Superliqanın XXIV turunda doğma azarkeşləri önündə "Yeni Malatyaspor"a məğlubiyyət (0:1) rəhbərliyin səbr kasasını daşırıb. Nəticədə rəhbərlik təcili iclas keçirərək, Özdiləki qovmaq qərarına gəlib.
Amerikanın nüfuzlu yəhudi təşkilatının illik toplantısında Azərbaycanın nailiyyətləri müzakirə olundu
Vaşinqton şəhərində ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatı olan Amerika İsrail İctimai İşlər Komitəsinin (AİPAC) illik siyasi konfransı çərçivəsində artıq ənənəyə çevrilmiş Azərbaycan-İsrail tərəfdaşlığına həsr edilmiş “Yeni sərhədlər: İsrailin Qafqazda və Mərkəzi Asiyada strategiyası” mövzusunda seminar keçirilmişdir. 250 nəfərədək ictimai-siyasi, akademik, biznes və diplomatik korpus dairələrin nümayəndələrinin qatıldığı seminarda əvvəlki illərdəki kimi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının vitse-prezidenti Mark Levin, tanınmış politoloqlar - Corctaun Universitetinin professoru Brenda Şaffer və Mərkəzi Asiya-Qafqaz İnstitutunun İpək Yolu Tədqiqatları proqramının direkoru Svante Kornel iştirak etmişdir.
Afrində vəziyyət
Türk Silahlı Qüvvələri Afrindəki hərəkatla bağlı açıqlama verib. Açıqlamada qeyd olunub: "Zeytun budağı Hərəkatında, Şeyx Hadid bölgəsi daxil olmaqla 7 qəsəbə ilə Racu ivə Cenderisdən Afrinə birləşən yollar nəzarət altına alındı. Məhv edilən terroristlərin sayı 2668-ə çatdırıldı".














