“Yeddi gözəl” adlı batika sərgisi keçiriləcək

Martın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə istedadlı rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərgisinin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimləri keçiriləcək.

Martın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə istedadlı rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərgisinin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimləri keçiriləcək.

Müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 95 illik yubileyləri münasibətilə keçiriləcək sərgidə rəssamın poemadakı yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin obrazının ipək parça üzərində təsvirləri nümayiş olunacaq.

Martın 9-dək davam edəcək sərginin açılış mərasimində universitetin tələbələrinin iştirakı ilə ədəbi-bədii hissə təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31