Səyyar ASAN xidmət yeni məntəqələrdə

Səyyar ASAN xidmət 5-17 mart tarixində Oğuzda, 5-19 mart tarixində Xırdalan, Saatlı, Naftalan, Siyəzən, Cəlilabad, Ucar və Salyanda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Bundan başqa, səyyar avtobuslar 28 fevral – 19 mart tarixində Beyləqanda, 3-17 mart tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində vətəndaşların xidmətində olacaq.

Səyyar ASAN xidmət 5-17 mart tarixində Oğuzda, 5-19 mart tarixində Xırdalan, Saatlı, Naftalan, Siyəzən, Cəlilabad, Ucar və Salyanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bundan başqa, səyyar avtobuslar 28 fevral - 19 mart tarixində Beyləqanda, 3-17 mart tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31