Gündəm
Ebru Gündeş Rza Zərrabla bağlı suallara belə cavab verdi
Azərbaycan əsilli, hazırda ABŞ-da həbsxanada olan iş adamı Rza Zərrabla bir müddət evli olan müğənni Ebru Gündeş keçmiş həyatı yoldaşı ilə bağlı sual yağışına tutulub.
Belçikada Novruz bayramı böyük coşqu ilə qeyd olundu
Belçika – Azərbaycan Dostluq Cəmiyyətindən verilən məlumatda bildirilib ki, bahar bayramı olan "Novruz Bayramı" qısa adı BADC olan, Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin görkəmli təşkilatçılığı ilə Belçika Ham şəhəri bələdiyyə salonunda həyata keçirilib.
Millət vəkili: “Artıq hamı bilir ki, kimə səs verilməlidir"
“Seçkiqabağı xaricdən sosial şəbəkələrdə ölkəmizin və müəyyən şəxslərin ünvanlarına ittihamların artması gözlənilən idi. Çünki bu gün güclənən və inkişaf edən sabitlik məkanına çevrilmiş Azərbaycanı hamı eyni şəkildə qəbul etmir”. Bunu millət vəkili Azər Badamov deyib.
Prezident: "Son illərdə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı böyük nailiyyətlərə imza atmışıq”
“Son illər ərzində biz kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atmışıq”. Bunu prezident İlham Əliyev Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən deyib. Ölkə başçısı qeyd edib ki, bizim son illər ərzində əsas vəzifəmiz ərzaq təhlükəsizliyi məsələləri idi:
Dövlət başçısı: "Antimilli AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz dağılırdı"
"Kənd təsərrüfatının inkişafında pambıqçılıq xüsusi əhəmiyyət daşıyır". Bunu prezident İlham Əliyev Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən deyib. Dövlət başçısı bildirib ki, 1970-1980-ci illərdə Azərbaycanda məhz pambıqçılığa çox böyük diqqət göstərilirdi və o vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılmışdı.
Prezident İlham Əliyev: "Biz pambıqçılığı Azərbaycanda bərpa edirik"
"2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik". Bunu prezident İlham Əliyev Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən deyib.
Sabahın hava proqnozu
Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.
Polisə silahlı müqavimət göstərən keçmiş məhkum məhv edilib
Martın 23-də Masallı rayonunun Qızlavar kəndi ərazisindən kənd sakini Ağəddin Ağayevin qol və qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Beləsi heç görülməyib: Balinalar sahilə çıxdılar və... - Dünyada nə baş verir?- VİDEO
150 balina özünü sahilə atıb. Hadisə Qərbi Avstraliyada baş verib. 150 balina özünü sahilə atıb. Onlardan 75-nin öldüyü deyilir. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Misirdə üçgünlük prezident seçkiləri başlayıb
Bu gün Misirdə iki namizədin olduğu prezident seçkiləri başlayıb. Seçkilər üç gün ərzində keçiriləcək və martın 28-dək davam edəcək. Dövlət başçısı vəzifəsi uğrunda Misirin hazırkı prezidenti Abdel Fəttah əs-Sisi və "Əl-Qad" ("Sabah") partiyasının 65 yaşlı lideri Musa Mustafa Musa mübarizə aparacaq.
Ziya Məmmədovun qohumuna qarşı dələduzluq edən şəxsin apellyasiya məhkəməsi başlayır
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumuna qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sənan Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə başlayır.
Türkiyə - Malta oyununu azərbaycanlı hakimlər idarə edəcək
Türkiyə - Malta oyunu azərbaycanlı hakimlər idarə edəcək. Məlumata görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda martın 27-də keçiriləcək Türkiyə – Malta oyununun baş hakimi Ömər Paşayev olacaq.
Bakıdan Rusiyadakı dəhşətli yanğınla bağlı - Açıqlama
Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş yanğında xəsarət alan və ölənlər sırasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması araşdırılır.
Axtarışda olan 21 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində qeydə alınmış 196 cinayət faktından 42-nin üstü “isti izlər”lə açılıb.












