Sabahın hava proqnozu

Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.

Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  bildirilib ki, şimal küləyi  gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz  13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 15-17° isti  təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.  Havanın temperaturu gecə  5-10° isti, gündüz  18-23° isti, dağlarda gecə  1-6° isti,  gündüz  13-18° isti təşkil edəcək. Martın 27-si gündüz, 28-də qərb küləyinin  ayrı-ayrı yerlərdə arabir  güclənəcəyi  gözlənilir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31