Gündəm

Əfqanıstanda 4 polis öldürüldü, 5-i yaralandı

15 Aprel 2018 10:28

Əfqanıstanın şərqində yerləşən sərhəd-keçid məntəqəsində "Taliban" terrorçularının hücumu zamanı 4 polis ölüb, daha 5-i yaralanıb.

Turist avtobusları "Wi-Fi"- la təchiz olunacaq

15 Aprel 2018 10:26

Azərbaycanda ekskursiya avtobuslarını portativ 3G/4G Wi-Fi routerləri ilə təchiz etmək planlaşdırılır. Bu barədə "Simbrella" şirkətindən məlumat verilib.

Xaçmazda polis əməkdaşı yol qəzasında ölüb

15 Aprel 2018 10:24

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə Xaçmaz-Hacıqurbanoba yolunda baş verib.

Atəşkəs 87 dəfə pozulub

15 Aprel 2018 09:49

Kanadada buzlu yağış çoxlu yol qəzası yaradıb

15 Aprel 2018 09:47

Kanadada buzlu yağışla əlaqədar 200-dən çox yol qəzası baş verib. Bu barədə "CBC" məlumat yayıb.

Ərdoğan və Putin arasında telefon danışığı olub

15 Aprel 2018 09:45

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın və müttəfiqlərinin Suriyaya raket zərbələrinin endirməsini müzakirə edib. Kremlin mətbuat xidməti bu barədə məlumat yayıb.Məlumatda deyilir ki, prezidentlər ABŞ və müttəfiqlərinin Suriyaya raket zərbələri endirməsi nəticəsində bu ölkədə gərginləşən vəziyyəti müzakirə ediblər. V.Putin qeyd edib ki, Qərb ölkələrinin bu cür addımları BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.

Səudiyyə Ərəbistanı Suriyaya qarşı hərbi əməliyyata tam dəstək verdiyini açıqlayıb

15 Aprel 2018 09:44

Səudiyyə Ərəbistanı ABŞ, Britaniya və Fransa tərəfindən Suriyaya qarşı təşkil olunan hərbi əməliyyata tam dəstək verdiyini açıqlayıb. Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Bakıda yaşayış binasında YANĞIN - Sakinlər təxliyyə edildi

14 Aprel 2018 21:21

Paytaxtda yaşayış binasında yanğın olub. Bakı şəhəri, Xətai rayonunda binanın zirzəmisində ümumi sahəsi 9 m2 olan köməkçi tikilidə quraşdırılmış elektrik lövhəsində 45 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər bina sakini təxliyyə olunub. Mənzillər və zirzəmidə olan avtomobillər yanğından mühafizə edilib.

İçki Nejat İşleri bu hala saldı - Foto

14 Aprel 2018 21:19

Aktyor Nejat İşler ötən gün İstanbulun Cihangir səmtində görüntülənib. Bir müddət əvvəl həkimlərin içkini qadağan etdiyi aktyor yenə sərxoş olub. Bir ara yıxılmaq təhlükəsi ilə üz-üzə qalan Nejat hətta özünə gülüb. İşler avtomobilin qapısını belə açmaqda çətinlik çəkib.

İlk dəfə fiziki məhdudiyyətli teleaparıcı veriliş aparacaq - Azərbaycanda 

14 Aprel 2018 21:16

ARB TV-də yeni layihəyə start verilib.   “Biz birik” adlı yeni proqramda fiziki məhdudiyyətli insanların həyatından,  onların həyata bağlanması, keçdiyi yollar və bacarıqlarından bəhs ediləcək.

ABŞ Suriyanı növbəti zərbələrlə HƏDƏLƏDİ

14 Aprel 2018 21:14

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının iclasında Suriyanı yeni raket zərbələri ilə hədələyib. ABŞ rəsmisi növbəti dəfə kimyəvi silahdan istifadə qeydə alınacağı təqdirdə prezident Donald Trampın Suriyaya yeni zərbələr endirilməsi barədə əmr verəcəyini bildirib.

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar futbol turniri

14 Aprel 2018 21:02

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycanın İstanbuldakı Baş Konsulluğun təşəbbüsü ilə futbol turniri keçiriləcək.

Sabah MSK prezident seçkilərinə yekun vuracaq

14 Aprel 2018 19:26

Aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclas keçirəcək. Məlumata görə, Seçki Məcəlləsinə əsasən MSK səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurmalı və nəticələri təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı bu müddət aprelin 21-dək olan dövrü əhatə edir.