Cümhuriyyətin 100 illiyi ilə əlaqədar futbol turniri
Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycanın İstanbuldakı Baş Konsulluğun təşəbbüsü ilə futbol turniri keçiriləcək.
14 Aprel 2018 21:02 SosialAzərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycanın İstanbuldakı Baş Konsulluğun təşəbbüsü ilə futbol turniri keçiriləcək.
Olaylar.az bildirir ki, Türkiyə Futbol Federasiyasının dəstəyi ilə təşkil olunmuş Konsulluqlar arası futbol turniri 14-15 aprel tarixlərində Türkiyə Futbol Federasiyası Riva idman kompleksində təşkil olunacaq. Turnirin final mərhələsi aprelin 15 - də 15 -də saat 15:00-da olacaq.
Qeyd edək ki, turnirdə Tff, İstanbul valiliyi, Birləşmiş Millətlər və Qızılay, Azərbaycan, Qatar, Fransa, Ukrayna, İraq, Qazaxıstan, Hollandiya, Rusiya, Özbəkistan, ABŞ (Red), ABŞ (Blue) və Türk Cümhuriyyəti konsulluqları iştirak edəcək.