Türkiyə-İran sərhədində PKK-çılarla atışma olub
15 Aprel 2018 09:46 DünyaTürkiyə-İran sərhədində sərhədçilərlə PKK terrorçuları arasında atışma olub. Axar.az xəbər verir ki, hadisə Ağrı dağı bölgəsində və Doğubayazit ərazisində baş verib. Hadisə nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb. Silahlı toqquşma zamanı 1 terrorçu öldürülüb, çox sayda terrorçunun isə yaralı olaraq qaçmağa çalışdığı bildirilib. Bölgədə terorrçulara qarşı əməliyyat davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31