Gündəm

Balıq yağının inanılmaz - FAYDALARI

14 Aprel 2018 18:51

Tibbi və Aromatik bitkilər mütəxəssisi Yeliz Yaman əhəmiyyətli bir enerji qaynağı olan balıq yağının faydalarından bəhs edib.

Pentaqon: "Heç bir raketimiz və təyyarəmiz vurulmayıb"

14 Aprel 2018 18:37

“Amerikalı hərbçilərin Suriyaya atdığı “Tomahawk” raketlərinin heç biri problemlə qarşılaşmayıb”. Bunu Pentaqonda keçirilən xüsusi brifinqdə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin nümayəndəsi, general-leytenant Kennet Makkenzi deyib. O, bütün raketlərin hədəfə çatıb-çatmadığı və texniki çatışmazlıqların yaranıb-yaranmadığı haqda suala cavabında “Tomahawk”ların hər hansı probleminin olmadığını söyləyib.

Donald Tramp: “Missiya yerinə yetirildi”

14 Aprel 2018 18:30

ABŞ prezidenti Donald Tramp Suriya əməliyyatında qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini bildirib. D. Tramp bunu “Twitter”də yazıb.

Azərbaycan gimnastları İlya Qruşinin və Ruslan Ağamirov finala vəsiqə qazandı

14 Aprel 2018 17:26

Azərbaycanlı gimnastlar İlya Qruşinin və Ruslan Ağamirov finala vəsiqə qazanıb. İlya Qruşinin və Ruslan Ağamirov Bakıda keçirilən sinxron hərəkətlərdə batut gimnastikası üzrə Avropa çempionatının finalına yüksəlib. Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.

"The Jerusalem Post": Seçkilərdə Azərbaycan xalqının iradəsi nümayiş etdirildi

14 Aprel 2018 17:24

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin ilkin yekunları açıqlanıb. 3675 seçki məntəqəsi üzrə hesablamalara görə, Azərbaycan dövlətinin indiki başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev seçkilərdə səslərin 86,09 faizini toplayıb. Bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin yekunlarına həsr olunmuş bəyanatda bildirib.

Əsədi hücumdan saatlar öncə kim xəbərdar edib?

14 Aprel 2018 17:10

Suriyaya koalisiya qüvvələri zərbə endirməzdən əvvəl hərbi bazalar boşaldılıb. Bu sözlər ABŞ-ın Suriyaya qarşı həyata keçirdiyi əməliyyatdan sonra Əsəd rejiminin yaydığı rəsmi açıqlamada yer alıb. Əsəd rejiminin hərbi obyektləri qabaqcadan boşaltması onun hücum barədə məlumatlandırıldığı ehtimalını gündəmə gətirib.

Suriyaya atılan raketlərin dəqiq sayı və növü açıqlandı

14 Aprel 2018 17:05

ABŞ, Britaniya və Fransa ötən gecə Suriyaya hücum zamanı 103 raket atıb, onlardan 59-u “Tomahavk”dır. Bu barədə Rusiya Baş Qərargahının Suriyadakı Baş Operativ İdarəsinin general-polkovniki Sergey Rudskoy danışıb. Onun sözlərinə görə, Britaniya “4 Tornado” qırıcısı ilə hücumda “Storm Shadow” (Fırtına kölgəsi) raketlərindən istifadə edib.

Yıldırımdan Suriya açıqlaması: Doğrudur, amma azdır...

14 Aprel 2018 17:04

Türkiyənin Baş naziri Binəli Yıldırım koalisiya qüvvələrinin Suriyaya zərbə endirməsi məsələsinə münasibət bildirib. Yıldırım bu addımı dəstəklədiyini bəyan edib.

"Pavol Farkaşı "Qəbələ"yə aldadıb aparmışdım"

14 Aprel 2018 17:00

Hazırda Slovakiyanın "Nitra" klubunda çıxış edən Pavol Farkaşı "Qəbələ"yə aldadıb aparmışdım. Bunu moldovalı sabiq futbolçu Denis Zmeu "Pro Sport"a açıqlamasında deyib.

4 ilə 24 məşqçi qovdu

14 Aprel 2018 16:46

Misirin ən məşhur klublarından olan "Zəmələk"də növbəti dəfə məşqçi istefası olub. "Zəmələk"in prezidenti Mortada Mənsur baş məşqçi Ehab Qalalı istefaya göndərib. Qalal 2014-cü ilin aprelindən bəri komandada çalışan 23-cü məşqçi idi. Məhz həmin vaxtdan Mortada "Zəmələk"də prezident kimi fəaliyyətə başlayıb. Komanda Misir çempionatında 3 tur dalbadal məğlub olduqdan və Afrika Konfederasiyalr Kubokunda mübarizəni dayandırdıqdan sonra prezident 24-cü dəfə məşqçi istefasına əl atıb.

Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürüldü

14 Aprel 2018 16:42

Bu gün Ermənistanın hakim partiyası - Respublika Partiyasının icra orqanının toplantısı keçirilib. İclasda partiyanın lideri, sabiq prezident Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. Partiya sədrinin müavini, baş nazir Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. Müzakirədən sonra təklif yekdilliklə qəbul olunub.

Mingəçevirdə kütləvi dava: Xəsarət alan var

14 Aprel 2018 16:36

Mingəçevir şəhərindəki köçkün şəhərciyində bir nəfər bir qrup şəxs tərəfindən döyülüb. Hadisə köçkün şəhərciyində, 4 saylı binada qeydə alınıb. Məlumata görə, 1989-cu il təvəllüdlü Elvin Yavər oğlu Orucov bir qrup şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.