Pentaqon: "Suriyada müəyyən edilən bütün hədəflər uğurla vurulub"

"ABŞ, Böyük Britaniya və Fransanın raket zərbələri Suriyada müəyyənləşdirilmiş bütün hədəfləri məhv edib".

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Pentaqonda keçirilən xüsusi brifinqdə qurumun rəsmi nümayəndəsi Dana Uayt deyib. "Raketlər seçilmiş hər hədəfi uğurla vurub", - deyə o, söyləyib.

D. Uayt qeyd edib ki, ABŞ Suriyada münaqişəni qızışdırmaq istəmir, lakin Vaşinqton beynəlxalq normaların pozulması ilə barışmayacaq: "Biz münaqişə axtarmırıq, lakin beynəlxalq qanunların bu cür dəhşətli şəkildə pozulmasına yol verə bilmərik. Bizim Suriyada məqsədimiz əvvəlki kimidir: İŞİD-i məğlub etmək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31