Əsədi hücumdan saatlar öncə kim xəbərdar edib?

Suriyaya koalisiya qüvvələri zərbə endirməzdən əvvəl hərbi bazalar boşaldılıb. Bu sözlər ABŞ-ın Suriyaya qarşı həyata keçirdiyi əməliyyatdan sonra Əsəd rejiminin yaydığı rəsmi açıqlamada yer alıb. Əsəd rejiminin hərbi obyektləri qabaqcadan boşaltması onun hücum barədə məlumatlandırıldığı ehtimalını gündəmə gətirib.

Xatırladaq ki, Fransanın Müdafiə naziri Florans Parli hücumla bağlı Rusiyanın qabaqcadan məlumatlandırıldığını açıqlamışdı.

Rusiya Müdafiə Nazirliyi hücumun Moskva vaxtı ilə 03:42-də başladığını və 04:10-da başa çatdığını açıqlayıb. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31