Gündəm

“Nar bağı” filmi beynəlxalq festivalda nümayiş olunub

15 Aprel 2018 13:40

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Vyanada “LET´S CEE” beynəlxalq film festivalında nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan ekran əsəri tamaşaçılar və kinematoqrafçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Lalə ilə Röya barışıqdan sonra ilk dəfə... - Foto

15 Aprel 2018 13:38

Əməkdar artist Lalə Məmmədova ilə Röya Ayxan məclislərdən birində bir araya gəliblər. Uzun müddətdir küsülü olan sənətçilər birlikdə foto çəkdiriblər. Onların şəklini müğənni Nura Suri İnstaqram səhifəsində paylaşıb.  Qeyd edək ki, L.Məmmədova ilə Röya arasındakı qalmaqala onun açıqlaması səbəb olmuşdu. Lalənin Röyanı həmişə eyni janrda oxumaqda günahlandırması qarşı tərəfin xoşuna gəlməmişdi:

Sərkisyan hökuməti İrəvandan çıxır - Gərginlik

15 Aprel 2018 13:34

Ermənistan hökuməti İrəvandan qaçmağa başlayıb. Bu barədə informasiyanı "Joxovurd" qəzeti yayıb. "İrəvanın mərkəzində keçirilən dördgünlük aksiyadan sonra etirazçılar bu gün Respublika Partiyasının Məlik Adamyan küçəsində yerləşən ofisi qarşısında aksiya keçirməyi planlaşdırırlar. Bu ofisdə partiya şurasının iclasının keçirilməsi və Serj Sərkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsi nəzərdə tutulub.

Da Vinçi klonlaşdırılır: alimlər onu yenidən dünyaya qaytaracaqlar

15 Aprel 2018 13:31

Alimlər son dövrün ən yeni texnologiyalarından istifadə edərək Da Vinçini yenidən həyata qaytarmaq niyyətindədirlər. Yaponiyalı mütəxəssislər bunun üçün şəkillərdə qalmış sonuncu biomaterialları incələmək istəyirlər. Saçlar və dəri toxumaları klonlaşdırmanın müvəffəqiyyətlə nəticələnməsinə kömək edə bilər.

Deputat Astan Şahverdiyevin ölüm səbəbi - MİLLİ MƏCLİSDƏN AÇIQLAMA

15 Aprel 2018 13:25

"Milli Məclisin üzvü Astan Şahverdiyevin vəfat etməsi haqda informasiyamız var. Deputat rayonda vəfat edib. Ancaq onun ölüm səbəbləri haqda geniş bilgim yoxdur". Bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

İranın Suriyadakı hərbi bazasında partlayış olub, 20 nəfər ölüb

15 Aprel 2018 12:17

İranın Suriyanın Hələb şəhərinin cənubunda yerləşən təlim düşərgəsində güclü partlayış olub. Məlumata görə, CNN Türk hadisə yerindəki mənbələrinə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 20 nəfər həlak olub. Hadisə yerinə təcili yardım maşınları və xilasetmə heyəti cəlb olunub.

Prezident seçkiləri ilə əlaqədar 4 seçki məntəqəsində nəticələr ləğv edilib

15 Aprel 2018 12:15

Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı 4 seçki məntəqəsinin nəticələri ləğv edilib. Məlumata görə, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında qəbul edilib.

MSK sədri: "Prezident seçkiləri Azərbaycan tarixinə yazılan ən uğurlu səhifələrdən biridir"

15 Aprel 2018 11:58

"Prezident seçkilərində iştirak edən namizədlər mənə zəng edərək seçkinin təşkili ilə bağlı razılıqlarını bildiriblər". Məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK-nın prezident seçkilərinə yekun vurulması ilə bağlı iclası başlayıb

15 Aprel 2018 11:57

Bu gün Mərkəzi seçki Komissiyasının aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclası başlayıb. Məlumata görə, MSK Seçki Məcəlləsinə əsasən səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurmalı və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Zaqatalada güclü leysan nəticəsində evləri su basıb, bir maşını sel aparıb, elektrik enerjisi kəsilib

15 Aprel 2018 11:55

Zaqatalaya yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib. Məlumata görə, aprelin 13-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Fasilələrlə qısamüddətli yağışlar yağır, havanın temperaturu 8-10 dərəcə düşüb. Aprelin 14-dən 15-ə keçən gecə Zaqatala rayonu ərazisində güclü leysan yağışları yağıb.

"Yuventus"un qapıçısını meydandan qovan hakim təhdid edilir

15 Aprel 2018 11:06

Çempionlar Liqasının İtaliyanın "Yuventus" klubu ilə İspaniya "Real Madrid"i arasında 1/4 final mərhələsinin cavab görüşünü idarə etmiş ingiltərəli Maykl Oliver və həyat yoldaşı təhdid edilir.

Politoloq: "ATƏT DTİHB-nin seçkilərlə bağlı rəyi təxribat xarakterli yanaşmadır"

15 Aprel 2018 11:05

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatı reallığı əks etdirmir və obyektivlikdən tamamilə kənardır. Bunu politoloq Fikrət Sadıqov deyib.

Almaniya və Fransadan Suriya ilə bağlı YENİ TƏKLİF

15 Aprel 2018 10:31

Almaniya və Fransa Suriyaüzrə danışıqlarda münaqişənin nizamlanmasını təmin edə biləcək nüfuzlu dövlətlərdən ibarət yeni formatın yaradılmasını təklif ediblər.

Ukraynada partlayış olub

15 Aprel 2018 10:30

Ukraynanın paytaxtı Kiyevdə partlayış olub. Məlumata görə, hadisə "Kiyevenerqo"nun binasının qarşısında baş verib. Polis insidentin səbəblərinin araşdırır. Hadisənin yerli vaxtla saat 00:40-da qeydə alındığı bildirilir.