Gündəm
İtaliyalı bariton Daniele Kaputo Bakıya gəlir
Mayın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq. İtaliyanın Azərbaycandakı səfirliyi ilə birgə mədəni əməkdaşlıq proqramı çərçivəsində təqdim ediləcək səhnə əsərində azərbaycanlı opera ustaları ilə yanaşı, italiyalı sənətkarlar da çıxış edəcək.
Azərbaycan gimnastı Avropa çempionatında 5-ci oldu
Azərbaycan gimnastı Selcan Maqsudova Bakıda keçirilən 26-cı Avropa çempionatında yuniorlar arasında ikili mini-batut yarışında 5-ci olub.
MSK-nın sədr müavini: "ATƏT DTİHB-nin prezident seçkiləri ilə bağlı iradları əsassızdır"
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT PA və AŞ PA-nın müşahidə missiyasının Azərbaycanda keçirilən seçkilərlə bağlı iradları əsassızdır.
Özcandan arvadına özəl hədiyyə
Övladını qucağına almaq üçün günləri sayan Özcan Dəniz həyat yoldaşı Feyza Denizi hədiyyə yağışına tutub. Özcanın arvadı və uşağı üçün 5 milyon lirəyə (təxminən 2,3 milyon manat) ev aldığı bildirilib. İndi isə aktyor xanımı üçün avtomobil alıb.
Rusiyada yol qəzasında dörd nəfər yanaraq ölüb
MSK sədri ATƏT DTİHB, ATƏT PA və AŞPA-nı konstruktiv əməkdaşlığa dəvət edib
"ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının iradları əsassızdır".
DSMF-nin əməkdaşı vəfat etdi
Lənkəranda Dövlət Sosial Müdafiə Fondunun mühafizəçisi ölü vəziyyətdə tapılıb. Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran Şəhər Şöbəsində təxminən 60 yaşında olan Axundov Seyran Fəxrəddin oğlu gözətçi otağında ölmüş vəziyyətdə iş yoldaşları tərəfindən aşkar olunub.
"Azərbaycan aşıq sənəti" kitabı təqdim edildi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVII Beynəlxalq Elmi Konfrans çərçivəsində tanınmış musiqişünas, aşıq musiqisinin ilk tədqiqatçısı Əminə Eldarovanın "Azərbaycan aşıq sənəti" kitabının yeni nəşrinin təqdimat mərasimi olub. Olaylar.az bildirir ki, təqdimatın özəlliyi kitabın üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr edilməsidir. Tədbirin əvvəlində Universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək, kitabın yeni nəşrinin böyük əhəmiyyətindən danışıb, Əminə Eldarovanın aşıq sənətinin öyrənilməsi sahəsində əvəzsiz xidmətlərini qeyd edib.
Türkiyə 2 şəhid verdi
Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub. Hadisə Ağrı Dağı bölgəsində, Doğubayazit ərazisində baş verib.
Siyavuş Novruzov: “Səs vermək üçün növbədə 20 dəqiqə gözləmişəm”
"Seçki prosesi qanunun tələblərinə uyğun keçirilib". Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov bildirib.
Qurban bayramı günü araq içib atasını vəhşicəsinə öldürdü - DƏHŞƏTLİ ETİRAFLAR
Övladının intiharından sonra əsəbləri korlanan ailə başçısı çıxış yolunu spirtli içkiyə qurşanmaqda görüb. Ailəsinə, doğmalarına içki şüşəsinin arxasından boylanıb, getdikcə daha da həyatın dibinə çöküb... Qurban bayramı günü arvadından bir manat araq pulu istəyən Qadir Cahangirov növbəti insident zamanı özünü və 70 yaşlı atasını içkiyə qurban verib. Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə ittiham olunan Şamaxı rayon sakini, 46 yaşlı Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Ukraynada Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstan universitetlərinin bazasında təşkil olunub.
Qərb Suriyanı məcbur edir: Yeni qətnamə
ABŞ, Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasına Suriyada kimyəvi silahın tədqiqatı ilə bağlı yeni qətnamə layihəsi təqdim ediblər. Bu barədə informasiyanı "Libertation" qəzeti yayıb. Qəzet yeni qətnamədə maneəsiz humanitar yardıma icazə verilməsi, atəşkəsin dərhal təmin edilməsi, Dəməşqin BMT rəhbərliyi altında sülh danışıqlarına qoşulması kimi tələblərin göstərildiyini bildirib. Qətnamədə həmçinin kimyəvi hücumla bağlı müstəqil araşdırmasının aparılması da tələb edilib.
İqor Ponomarenkonun orkestrinin konserti - Heydər Əliyev Sarayda
Heydər Əliyev Sarayının səhnəsində dirijor İqor Ponomarenkonun idarə etdiyi “IP ORCHESTRA” simfonik orkestrinin konserti olub. Orkestrin ifasında “Highway to Hell” (AC\DC qrupu), “Smoke On The Water” (Deep Purple), “Yesterday” (The Beatles) kimi rok-musiqi hitləri səsləndirilib. Musiqiçilərin çıxışı bakılı tamaşaçıların sevincinə səbəb olub.














