Gündəm
Uşaq bağçasında yanğın
Yevlaxda yanğın hadisəsi qeydə alınıb. Yevlax şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsindəki xidməti otaqda yataq dəstləri yanıb.
Xanım deputat anasını dəlixanaya saldırmaq istəyir - biabırçı əmlak davası
Kişi qadını boşayarkən ona verdiyi hədiyyələri və zinət əşyalarını geri ala bilərmi?
Boşanma (talaq) zamanı kişi qadına vəd etdiyi mehriyyəni ödəməlidir. Eləcə də, dini və dünyəvi qanunlar çərçivəsində ümumi əmlakdan qadına pay verilməli, əgər azyaşlı uşaqlar varsa, ata onlar üçün maddi təminat (aliment) ödəməlidir.
Suriyaya raket zərbələri: Trampın sirləri Putinə çatdırdığı üzə çıxdı
Kreml ABŞ-ın və müttəfiqlərinin Suriyadakı obyektlərə zərbələrinin hədəfləri barədə məlumatı Dəməşqə, Tehrana, həmçinin Suriyada fəaliyyət göstərən "Hizbullah" qruplaşmasına ötürüb.
Şamaxıya güclü qar yağıb
Şamaxı rayonunda iki gündür davam edən güclü leysan yağışları bu gün sulu qar, günün ikinci yarısından etibarən isə qarla əvəzlənib. Yağıntı ən çox rayonun dağlıq ərazilərinə düşüb. Pirbəhli, Qızmeydan, Dəmirçi, Zarat və Ərçiman dağ kəndlərində qarın qalınlığı 10-20 sm təşkil edib. Qarın yağması nəticəsində yeni çiçəkləməkdə olan meyvə ağaclarını şaxta vurub.
Malidə BMT sülhməramlılarının bazasına hücum olub
Ombudsman Aparatının rəhbəri: "ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyasının ilkin hesabatı obyektiv reallığı əks etdirmir"
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabat obyektiv reallığı əks etdirmir.
Buffon: "Heç nədən peşman deyiləm"
"Yuventus"un qapıçısı Canluici Buffon Çemionlar Liqasının 1/4 finalında "Real"la oyunda baş verənlər barədə danışıb.
Britaniyalı gimnast Avropa çempionu oldu
Bakıda keçirilən batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında gənclər arasında tamblinq yarışları başa çatıb.
Rusiyalı gimnast: "Avropa çempionatnda mühit çox gözəldir"
Polkovnik oğlunun müəmmalı ölümü - Peterburqda nə baş verdi?
Siyavuş Novruzov: "ATƏT DTİHB məqsədli şəkildə seçkilərlə bağlı qərəzli hesabat hazırlayıb"
Azərbaycanda prezident seçkiləri qanunun tələblərinə uyğun keçirilib. Seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası (MSK) bütün addımları atdı.
Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq
Braziliyada 272 kilo ağırlığında zümrüd tapılıb. Braziliyanın şimal-şərqindəki bir mədəndə 1.3 metr uzunluğunda 272 kq ağırlığında zümrüd tapılıb. Zümrüd 20 gün öncə Bahia əyalətində mədənçilər tərəfindən aşkarlanıb. Həmin bölgədə 2001-ci ildə 300 milyon dəyərində 292 kq tapılan zümrüddən sonra bu tapıntı 2-ci ən böyük tapıntı kimi qiymətləndirilir.
Alimlər izdihamlı yerlərdə səsləri ayırd edə bilən sistem hazırlayıb
Bir qayda olaraq, insanlar izdihamlı yerlərdə həmsöhbətinin səsini kifayət qədər yaxşı ayırd edə bilirlər. Lakin təəssüf ki, eyni sözləri kompüter barədə söyləmək olmaz. Ancaq "Google" şirkəti bu problemin aradan qaldırılması üçün yeni həll hazırlayıb.
Türkiyədə Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.














