"Azərbaycan aşıq sənəti" kitabı təqdim edildi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVII Beynəlxalq Elmi Konfrans çərçivəsində  tanınmış musiqişünas, aşıq musiqisinin ilk tədqiqatçısı Əminə Eldarovanın "Azərbaycan aşıq sənəti" kitabının yeni nəşrinin təqdimat mərasimi olub. Olaylar.az bildirir ki, təqdimatın özəlliyi kitabın üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr edilməsidir. Tədbirin əvvəlində Universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək, kitabın yeni nəşrinin böyük əhəmiyyətindən danışıb, Əminə Eldarovanın aşıq sənətinin öyrənilməsi sahəsində əvəzsiz xidmətlərini qeyd edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən "Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri" mövzusunda XVII Beynəlxalq Elmi Konfrans çərçivəsində  tanınmış musiqişünas, aşıq musiqisinin ilk tədqiqatçısı Əminə Eldarovanın "Azərbaycan aşıq sənəti" kitabının yeni nəşrinin təqdimat mərasimi olub.

Olaylar.az bildirir ki, təqdimatın özəlliyi kitabın üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr edilməsidir. Tədbirin əvvəlində Universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək, kitabın yeni nəşrinin böyük əhəmiyyətindən danışıb, Əminə Eldarovanın aşıq sənətinin öyrənilməsi sahəsində əvəzsiz xidmətlərini qeyd edib. Təqdimat mərasimində çıxış edənlər - professorlar M. Qasımlı, İ. Köçərli, Z. Dadaşzadə, kitabı ingilis dilinə tərcümə edən Karolina Universitetinin əməkdaşı, professor Anna Oldfield (ABŞ), ingilis mətnin redaktoru S.İbrahimova və başqaları Ə.Eldarova və dərc edilmiş kitabla bağlı fikirlərini ifadə ediblər. Nəşrin elmi redaktoru professor K.Dadaşzadə kitab üzərindəki iş prosesi haqda ətraflı məlumat verərək, onun vacibliyini vurğulayıb.

Təqdimat mərasimində ADMİU-nun müəllimləri, aşıq Əhliman Rəhimov, aşıq Altay Məmmədov, aşıq Nemət Qasımov və digər saz-söz ustaları ən məşhur aşıq havalarını səsləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31