Qərb Suriyanı məcbur edir: Yeni qətnamə
ABŞ, Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasına Suriyada kimyəvi silahın tədqiqatı ilə bağlı yeni qətnamə layihəsi təqdim ediblər. Bu barədə informasiyanı "Libertation" qəzeti yayıb. Qəzet yeni qətnamədə maneəsiz humanitar yardıma icazə verilməsi, atəşkəsin dərhal təmin edilməsi, Dəməşqin BMT rəhbərliyi altında sülh danışıqlarına qoşulması kimi tələblərin göstərildiyini bildirib. Qətnamədə həmçinin kimyəvi hücumla bağlı müstəqil araşdırmasının aparılması da tələb edilib.
15 Aprel 2018 13:44 DünyaABŞ, Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasına Suriyada kimyəvi silahın tədqiqatı ilə bağlı yeni qətnamə layihəsi təqdim ediblər. Bu barədə informasiyanı "Libertation" qəzeti yayıb.
Qəzet yeni qətnamədə maneəsiz humanitar yardıma icazə verilməsi, atəşkəsin dərhal təmin edilməsi, Dəməşqin BMT rəhbərliyi altında sülh danışıqlarına qoşulması kimi tələblərin göstərildiyini bildirib. Qətnamədə həmçinin kimyəvi hücumla bağlı müstəqil araşdırmasının aparılması da tələb edilib.
Qeyd edək ki, Rusiya da bundan öncə BMT Təhlükəsizlik Şurasına ABŞ və müttəfiqlərinin Suriyaya qarşı münasibətdə aqressiyasının dayanması üçün qətnamə təqdim edib. Qətnamə BMT Təhlükəsizlik Şurasında qəbul edilməyib. Axar.az