Gündəm

Avropa Parlamentinin üç deputatını Azərbaycana görə cəzalandırdılar

17 Aprel 2018 16:23

Avropa Parlamenti üç deputatı Azərbaycana seçkilərdə müşahidəçi qismində səfər etdikləri üçün cəzalandırıb.

Serj Sarkisyan parlamentdə hesabat verdi və Qarabağla bağlı planını açıqladı

17 Aprel 2018 16:21

Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı iclas başlayıb. Serj Sarkisyan Ermənistan parlamentində deputatların suallarına cavab verir. İclasda 15 deputat iştirak etmir. İclas 90 deputatın iştirakı ilə davam edir. Spiker Ara Babolyan “kvorum var” deyə bildirib.

Putin ABŞ-ı təcavüzdə suçladı

17 Aprel 2018 16:20

"ABŞ və müttəfiqlərinin Suriyaya zərbəsi təcavüzdür. Bu, BMT nizamnaməsi daxil olmaqla, beynəlxalq hüququn pozulmasıdır". 

Məhsul alarkən buna diqqət edin – Ölümcül təhlükə

17 Aprel 2018 16:19

Təkrar istifadəsi qadağan edilən (Polietilen tereftalat) qablaşdırma materiallarının hazırlanmasında istifadə olunan kimyəvi maddələr yenidən istifadə zamanı plastikdən süzülür və insanın qanına, toxumasına yayılır. Bu kimi təsirlərə məruz qalan oqranizmdə xərçəng, immun sisteminin funksiyasının zəifləməsi, hormonal pozğunluq və digər xəstəliklərin yaranma riski vardır.

İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin iclasında Qarabağ münaqişəsi ilə bağlı narahatlıq ifadə olunub

17 Aprel 2018 16:16

Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin 23-cü iclasının nəticəsi olaraq Düşənbə kommunikesi qəbul olunub. XİN-dən  verilən məlumata görə, kommunikedə İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişaf və regionun potensialının tam şəkildə istifadəsinə, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlıq ifadə olunaraq, bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həll edilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.

Ermənistan parlamentində təhlükəsizlik rejimi gücləndirilib

17 Aprel 2018 16:14

Ermənistan parlamentinin binasında təhlükəsizlik rejimi gücləndirilib, bütün giriş və çıxışlar polis tərəfindən nəzarətə alınıb. Hazırda deputatlar və jurnalistlər parlamentə axın edirlər.

Azərbaycanda alqı-satqı saytında şok elan: "Uşaq verilir"

17 Aprel 2018 16:11

Azərbaycanda tanınmış alqı-satqı saytlarından olan lalafo.az-da şok effekti doğuran qəribə elan yerləşdirilib. Aprelin 17-də, saat 12:04-də saytda yerləşdirilmiş elanda dörd körpə uşaq şəkli yerləşdirilib və üzərində də "uşaq verilir" yazılıb. Elanda satıcının əlaqə nömrəsi göstərilsə də, başqa məlumatlar yer almır.

Almaniyada ƏMƏLİYYAT keçirildi - "Başsız gəlinciyə" görə

17 Aprel 2018 16:05

Almaniya polisi "başsız meyit"in tapılması ilə bağlı çağırışdan sonra irimiqyaslı əməliyyat keçirib. Bir nəfər yerli sakin Baden-Vyurtemberq federal torpağının polisinə parkda gəzərkən meyit aşkarladığı barədə məlumat verib.

Yerevanda aksiya iştirakçıları bir sıra hökumət binasını mühasirəyə alıblar

17 Aprel 2018 16:03

Etiraz aksiyası iştirakçıları Yerevanda bir sıra hökumət binasını mühasirəyə almağa başlayıb.  Mitinq iştirakçıları Baş Prokurorluq, XİN, Ermənistan Diaspora Nazirliyini və Dövlət Gəlirləri Komitəsini əhatəyə alıblar. Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qaşısında oturaq aksiyaya başlayıblar.

Böyük Şor gölü üzərindən çəkilən yeni yolun tikintisi davam edir

17 Aprel 2018 16:02

Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolun inşasıdır ki, artıq sözügedən istiqamət üzrə tikinti işlərinə start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir.

Bakıda İƏT gənclər və idman nazirlərinin konfransı keçiriləcək

17 Aprel 2018 16:01

Aprelin 18-də İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin 4-cü Konfransı öz işinə başlayacaq. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki,  konfrans öncəsi,   Yüksək Məmurların Toplantısı keçiriləcək ki, burada Nazirlər Konfransının gündəliyinə daxil olan əsas qərar və qətnamələrlə bağlı ilkin razılaşma və konsensusun əldə olunması, qəbul olunacaq qətnamələrin layihələri üzrə qərarların qəbul edilməsi müzakirə olunacaq.

Diaspor təşkilatından “Vətənim Azərbaycan” layihəsi

17 Aprel 2018 15:59

Alman-Azərbaycan Dostluq Cəmiyyəti və Diasporla iş üzrə Dövlət Komitəsinin birgə layihələşdirdiyi  “Vətənim Azərbaycan” layihəsi davam edir. Cəmiyyətdən “OLAYLAR”-a verilən məlumata görə,  Azərbaycana bir qrup gəncin səfərindən sonra bu iki təşkilat Avropada yaşayan son məktəb illəri, universitet mərhələsinə yüksəlmiş və ya artıq iş həyatına atılmış gənclərimizi Almaniyada bir araya toplamaq qərarına gəlib.

UNEC tələbələri üçün təlim keçirilib

17 Aprel 2018 15:58

“Opalus Partners” şirkətinin təsisiçisi Çimnaz Qasımova UNEC tələbələri üçün “İnsan Resurslarının idarədilməsi” mövzunda təlim keçirdi. Təlimdən öncə UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev “Opalus Partners” şirkəti ilə uğurlu əməkdaşlıqdan söz açıb. Bu qurumun UNEC tələbələri üçün mütəmadi müxtəlif mövzularda təşkil etdiyi təlimlərin faydasını vurğulayıb.