Putin ABŞ-ı təcavüzdə suçladı

"ABŞ və müttəfiqlərinin Suriyaya zərbəsi təcavüzdür. Bu, BMT nizamnaməsi daxil olmaqla, beynəlxalq hüququn pozulmasıdır". 

"ABŞ və müttəfiqlərinin Suriyaya zərbəsi təcavüzdür. Bu, BMT nizamnaməsi daxil olmaqla, beynəlxalq hüququn pozulmasıdır". RİA Novosti bildirir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Almaniya kansleri Angela Merkellə telefon danışığı zamanı deyib.

Kremlin yaydığı məlumatda qeyd edilib ki, tərəflər Suriya və ətraf ərazilərdə vəziyyəti müzakirə ediblər. Putin Qərbin bu addımının Suriya böhranının sülh yolu ilə həlli prosesinə ciddi zərbə vurduğunu vurğulayıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31