Gündəm
İşsizlərin 36,6 faizini qadınlar təşkil edir
2018-ci il aprel ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,3 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən verilən verilən məlumata görə, onların 36,6%-ni qadınlar təşkil edib. İşsizlik müavinətinin orta məbləği 360 manat olub.
Parlamentin Mədəniyyət komitəsi İlham Əliyevə təbrik məktubu ünvanladı
“Bugünkü Azərbaycan, yüksələn Azərbaycan, yeniləşən Azərbaycan, müasirləşən Azərbaycan İlham Əliyevin şah əsəridir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov rəhbərlik etdiyi komitənin aprelin 17-də keşirilən iclasında deyib.
Regional proqramlar İmişli rayonunda uğurla icra edilib
2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının ötən 14 il ərzində uğurlu icrası respublikanın hər bir bölgəsinin simasını dəyişib, ölkənin hər bir şəhər və rayonunda, kənd, qəsəbəsində geniş quruculuq-abadlıq işlərinə yol açıb. Bu illər ərzində görülən işlər və əldə edilən nəticələr bunu bir daha təsdiqləyir.
FİFA Mərakeşin müraciətini rədd edə bilər
Mərakeş 2026-cı il dünya çempionatını keçirmək üçün namizədliyini irəli sürüb. Amma FİFA şimali afrikalıların müraciətini rədd edə bilər. Buna səbəb ölkədə eynicinsli nikahlara qadağa qoyulmasıdır.
Konstitusiya Məhkəməsi Plenumu prezident seçkilərinin nəticələrini təsdiqlədi YENİLƏNİB
Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.
Tibdə nadir hadisə: 1 yaşlı uşağın böyrəyindən daşlar çıxarıldı
1 yaşlı uşağın hər iki böyrəyində xeyli sayda böyük daşlar aşkarlanıb. Bununla bağlı uroloq-cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, körpə xəstəxanaya gətirilən zaman vəziyyəti çox ağır olub: "1 gündür sidiyə çıxa bilmirdi, şiddətli ağrı, qusma mövcud idi. Şiddətli böyrək genişlənməsinin səbəbi isə hər iki böyrək ləyəninin sidik axarına keçən yerində ölçüləri təqribən 10-15 mm ölçüdə olan daşlar idi. Uşaq təcili əməliyyata alınaraq ilk öncə sağ böyrək ləyənindəki 3 ədəd daş çıxarıldı və stent taxıldı. Eyni anda iki böyrəyi də əməliyyat etmək düzgün olmadığı üçün sol böyrəkdən də müvəqqəti sidik axa bilsin deyə stent (zond) taxdıq".
Liya Bayramova vəzifədən azad olunmasının SƏBƏBİNİ açıqladı : Elmi fəaliyyətlə bağlıdır
"Vəzifədən azad olunmağımın səbəbi elmi fəaliyyətlə məşğul olmaq niyyətimlə bağlıdır". Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova deyib. O bildirib ki, mətbuat xidmətinin rəhbəri vəzifəsindən öz xahişi ilə azad edilib.
Müxalifət Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib
Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq Yerevanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib.
Rusiya "dost olmayan" ölkələrdən tələbələrini qaytarır
Rusiya üçün "dost olmayan" ölkələrdə təhsil alan rusiyalı tələbələr geri qaytarılacaq. Məlumata görə, layihə ilk növbədə Böyük Britaniyada təhsil alan tələbələrə şamil olunacaq.
Azərbaycanda Hüseyn Dərya sayağı intihar - Hadisə yerindən FOTOLAR
O, idarə etdiyi maşının sükanı arxasında özünü öldürüb. Cərcuva kənd sakini olan Mansur adlı şəxs bir müddət əvvəl ailəsi tərəfindən tərk edilib. Bakıya gələn Mansur dünən Ağdaşa qayıdarkən intihar edib. O, yüksək sürtlə idarə etdiyi "VAZ-2107" markalı avtomobili bilərəkdən içərisi mişar daşı ilə dolu olan "Kamaz"a çırpıb. Qəza nəticəsində Mansur aldığı xəsarətdən dünyasını dəyişib.
Geyimi ilə kişiləri "dəli edən" Roza Zərgərli: "Ondan vaz keçmək olmur..."
Əvvəl toya getmirdim, bir ildir yenidən başlamışam. Bu yaxınlarda verilişdə toy qiymətimi açıqladım. Ondan sonra təkliflər daha çox gəlməyə başlayıb. İnsanlar elə bilirdilər ya getmirəm, ya da çox qonorar istəyirəm. Elə qiymət deyirəm ki, ondan vaz keçmək olmur. Çox adam heç bilmirdi ki, bütov toy aparıram. Çünki statusu olan müğənnilərin əksəriyyəti yarım saatdan artıq getmir.
Ekspert: "Bu həftə dünya maliyyə bazarı üçün sakit olmayacaq"
“Bu həftə dünya maliyyə bazarı üçün sakit olmayacaq”. Bunu “Saxo Bank” investisiya bankının baş valyuta strateqi Con Hardi deyib.
Azərbaycan daha bir şəxsi axtarışa verdi
Azərbaycan dövləti daha bir şəxsi “İnterpol”un qırmızı xətti ilə beynəlxalq axtarışa verib. Axtarışa verilmiş 26 yaşlı Alpay Əliyev qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib. Məlumata görə, o, öz xahişi ilə vəzifəsindən azad edilib. Səhiyyə Nazirliyi məlumatı təsdiqləyib. Nazirlikdən qeyd edilib ki, hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova əvəz edir.














