Gündəm

Bu günə kimi ali məktəblərə sənəd verənlərin sayı açıqlanıb

17 Aprel 2018 17:43

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu martın 29-da başlayıb. Bu proses  aprelin 30-dək davam edəcək.

Məşhur aktrisa toy gecəsini gözləmədi: hamilə qaldı? - Restoranda elə hərəkət etdi ki...

17 Aprel 2018 17:38

Kanal 7-də dördüncü sezonuyla ekranda olan "Elif" serialının gözəl aktrisası Derya Şen Ayvaz Akbacakla ailə həyatı qurub.

Sabah Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

17 Aprel 2018 17:37

Bu gün Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edib.

Sarkisyandan şok etiraf: Sərhədimizi qoruya bilməyəcəyik

17 Aprel 2018 17:34

Miqrasiya Ermənistanın ağrılı yarasıdır. Bunu parlamentdə çıxışı zamanı Serj Sarkisyan deyib. “Emiqrasiya təkcə Ermənistana aid deyil. Sadəcə olaraq, biz azıq və buna görə çox ağrılıdır. Digər tərəfdən, bizim potensialımız öz sərhədlərimizin təhlükəsizliyini təmin edə bilməyəcəyimiz səviyyəyə qədər azala bilər.

Rayonlarda günlük evlərə​ - Turizm şirkətləri necə nəzarət edir?

17 Aprel 2018 17:25

Kənd ab-havasını sevən insanlar yazda istirahət üçün daha çox rayonlara üz tutur. Əksər kənd və qəsəbələrdə otellər fəaliyyət göstərmədiyindən, insanlar günlük/aylıq kirayə evlərdə qalmalı olurlar. Bu cür evlərdə qalmaq oteldən daha ucuz başa gəldiyindən, bir çox insan getdiyi ərazidə otel yerləşə belə, kirayə qalmağa üstünlük verirlər.

“Türkiyə ilə NATO eyni blokda təmsil olunsa da, Rusiya ilə də qarşılıqlı münasibətləri var” – Arzu Nağıyev

17 Aprel 2018 17:23

Xəbər verdiyimiz kimi, ABŞ və İngiltərə ilə birgə şənbə günü Suriyanın paytaxtı Dəməşqi bombalayan Fransanın birgə əməliyyatından sonra prezident Emmanuel Makronun dediklərinə Kremldən etiraz gəlib.  Makronun “Biz bir əməliyyatla Türkiyə iləRusiyanı ayırmağı bacardıq. Türkiyə kimyəvi silah hücumunu qınayıb və ardınca da əməliyyatı dəstəklədiyini bildirib” fikrinə Kremlin sözcüsü Dmitri Peskov cavab verib.

İşəgötürənlərə və qadın işçilərə qadınların əmək hüquqları ilə bağlı məlumatlar verilib

17 Aprel 2018 17:21

Qanunvericilik hamilə va ya 3 yaşına çatmamış uşağının olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanılmasından imtina olunmasını yolverilməz hesab edir və bu kateqoriyaya aid qadınlar üçün  həftəlik iş vaxtının müddəti 36 saatdan artıq olmamalıdır. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə şəhərində əksərən qadınların çalışdıqları “Gəncə Tekstil”ASC-də “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda keçirdiyi seminar-müşavirədə vurğulanıb.

Yeni doğulan qızların sayı kəskin azalıb

17 Aprel 2018 17:20

2018-ci il ərzində doğulan körpələrin sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 23331 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,7 təşkil edib.Doğulan körpələrin 52,7 faizi oğlan, 47,3 faizi isə qız uşaqlarıdır. Körpələrdən 422-si əkiz, 24-ü üçəm doğulanlardır.

İxracatçılar Klubunun növbəti iclası keçirilib

17 Aprel 2018 17:19

Aprelin 17-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası və “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri ilə bağlı seminar keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.

Əhalinin gəlirləri 9,8% artıb

17 Aprel 2018 17:10

Bu ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri artıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, 2018-ci ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8% artaraq 12 mlrd. 533,3 mln. manat olub və ya əhalinin hər nəfərinə orta hesabla 1280,5 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11582,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 10,2% çox vəsait qalıb.