Sərkisyan baş nazir oldu- YENİLƏNİB
17 Aprel 2018 17:17 DünyaSerj Sərkisyanın Ermənistanın yeni baş naziri seçilib. Sərkisyanın baş nazir olması üçün parlamentdə keçirilən səsvermədə onun lehinə 93 deputatdan 77-si səs verib.
***
Ermənistan parlamentində baş nazirin seçimi ilə bağlı müzakirə başlayıb. Hələlik ictimaiyyətə bəlli ola yeganə namizəd Serj Sərkisyandır.
Qeyd edək ki, Sərkisyan Respublika və Daşnaksütyun partiyalarından namizəddir.
Xalq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə Sərkisyanın hakimiyyəti yenidən qəsb etməsinə qarşı etiraz edir, hazırda mərkəzi küçələrdədir. İrəvan polisi zor tətbiq edəcəyi barədə xəbərdarlıq edib. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31