Yerevanda aksiya iştirakçıları bir sıra hökumət binasını mühasirəyə alıblar
Etiraz aksiyası iştirakçıları Yerevanda bir sıra hökumət binasını mühasirəyə almağa başlayıb. Mitinq iştirakçıları Baş Prokurorluq, XİN, Ermənistan Diaspora Nazirliyini və Dövlət Gəlirləri Komitəsini əhatəyə alıblar. Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qaşısında oturaq aksiyaya başlayıblar.
17 Aprel 2018 16:03 DünyaEtiraz aksiyası iştirakçıları Yerevanda bir sıra hökumət binasını mühasirəyə almağa başlayıb. Mitinq iştirakçıları Baş Prokurorluq, XİN, Ermənistan Diaspora Nazirliyini və Dövlət Gəlirləri Komitəsini əhatəyə alıblar. Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qaşısında oturaq aksiyaya başlayıblar.
Qeyd edək ki, bir qədər öncə Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan ölkədə "xalq məxməri inqilabı"nın başlandığını elan edib. Bu barədə report erməni KİV-lərinə istinadən xəbər verir.