Gündəm
Deputatımız Afrin şəhidlərinin xatirəsinə ağaç əkdi
Millət vəkili Adil Əliyev Türkiyənin Sivas şəhərində Hafik Kamer adına Nümunəvi Yüksək Peşə Məktəbi tərəfindən təşkil edilən“Şəhidlərin anma” tədbirində iştirak edib. Anma tədbirində Cümhuriyyət Universtetinin rektoru,Prof. Alim Yılmaz iştirak edib. Məlumata görə, millət vəkili çıxışında Afrin hərəkatının başlandığı 20 yanvar gününü, Azərbaycan üçün önəmli olduğunu bildirib: “Həmin tarixdə 1990-ci ildə sovet imperiyası Azərbaycan xalqının istiqlal,müstəqillik ideyalarını məhv etmək üçün yüzlərlə insanımıza qətlə yetirib.
Gənc yazar Fuad Poladovu yaltaq adlandırdı – FOTOFAKT
Tez-tez atmacaları ilə gündəmə gələn gənc yazar Kəramət Böyükçöl yenə özündən bəhs etdirməyi bacarıb.
İtkin düşən balıqçının axtarışı davam etdirilir
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmamışdır.
Əl yükündə narkotik vasitə aşkarlandı
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yükləri yoxlanılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı iki bükümdə xalis çəkisi 1,699 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Avtomobil velosiped sürən azyaşlını vurub
Biləsuvar rayonunun 4 saylı qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 16-da saat 16 radələrində Biləsuvar rayonunun 4 saylı qəsəbəsinin ərazisində qəsəbə sakini Bəkir Quliyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən 3 saylı qəsəbə sakini-13 yaşlı Xəzər Eyvazovu vurmuşdur. Nəticədə azyaşlı hadisə yerində ölüb. Cəbrayıl RPŞ RPŞ tərəfindən araşdırma aparılır.
“VAZ-2107” yolun kənarında dayanmış piyadanı vurub öldürdü
Qaradağ rayonunun Səngəçal qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 16-da saat 11 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Ağdaş rayon sakini Mansur Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini İsgəndər Mehdiyevə məxsus “KamAZ” markalı avtomobilə vurmuşdur.
Avtomobil qaçıran şəxs saxlanıb
Daha bir nazirlik işçi axtarır
Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi qarşıda duran vəzifələrin keyfiyyətlə və operativ şəkildə yerinə yetirilməsi, müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, regionlarda Agentliyin fəaliyyətinin səmərəliliyinin və çevikliyinin təmin edilməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Şirvan, Yevlax, Xaçmaz, Lənkəran, Kürdəmir, İmişli, Tovuz və Şəki şəhərlərindəki regional bölmələrinə enerji nəzarət müfəttişi və qaz nəzarət müfəttişi vakant vəzifələri üzrə sənəd qəbulu elan edir.
“Almaz” yenidən səhnədə
Aprelin 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə teatrsevərlərə təqdim ediləcək.
Xeyli miqdarda narkotk vasitə dövriyyədən çıxarılıb
Daxili işlər orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 4 kiloqramdan çox narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cabbarovdan çəkisi 1 kiloqramdan artıq heroin götürülüb.
Yanacaqdoldurma məntəqəsinə basqın edən maskalılar saxlanıblar
Paytaxt Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 16-da gecə saat 03.00 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib onlardan 867 manat pul alaraq hadisə yerini tərk ediblər.
İslam dünyasının klassik musiqi ifaçılarının beynəlxalq müsabiqəsi
“Kainat” Gənclik Mərkəzinin bu illər ərzində İslam Əmakdaşlıq Təşkilatının ən iri qurumlarından biri olan ISESCO-nun iştirakı ilə “İslam Dünyası gənc Klassik musiqi ifaçılarının ənənəvi Beynəlxalq Müsabiqəsi” ni (20 yaşadək) təşkil edir. Layihə bilavasitə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm Nazirliklərinin iştirakı və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə artıq 7-ci dəfədir ki həyata keçirilir.
3 dəfə hərraca çıxarılan məşhur "Ford Boyard" qalası
Ford Boyard Atlantik okeanında, Fransanın Antioş boğazında, İl-d-Eks və Oleron adaları arasında yerləşir. Ford Boyard qalasının inşasına 1801-ci ildə başlanılmış, 1857-ci ildə başa çatdırılmışdır. Adada tikilmiş bu qalanın inşası hələ uzaq keçmişdə, 1666-cı ildə nəzərdə tutulmuşdur. Hələ o zamanlar da qalanın inşası hərbi məqsədlər üçün, hərbi mövqe üçün nəzərdə tutulurdu. Qalanın tikilməsi, yadellilərin dəniz hücumlarının qarşısını almaq məqsədi daşıyırdı.
Hüzr mərasimlərini necə tənzimləmək olar?
Cəmiyyətdə radikalizm, xurafatın aradan qaldırılması, bu kimi mənfi halların insanlarımızdan uzaqlaşdırılması istiqamətində son illərdə həyata keçirilən tədbirlər, görülən işlər öz müsbət nəticələrini verir.
21 milyonuncu şəxsin kimliyi məlum oldu
Aprelin 16 –da “ASAN xidmət”ə 21 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. Olaylar.az bildirir ki, bu müraciətin sahibi Xaçmaz şəhər sakini Şahvar Yusufov olub. O, Xaçmaz şəhərində Səyyar ASAN xidmətə müraciət edərək ASAN qatarda Ədliyyə Nazirliyinin notariat xidmətindən yararlanıb.













