Avtomobil qaçıran şəxs saxlanıb

Aprelin 16-da Qəbələ rayonunun Vəndam qəsəbəsindən qəsəbə sakini Ülfət Sadıqova məxsus "UAZ" markalı avtomobil qaçırılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən İsmayıllı rayon sakini Babək Eldarov qəsəbənin ərazisində avtomobillə birgə saxlanılıb. Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31