Gündəm
Milli Məclis Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq yaydı
Milli Məclisin üzvləri mərhum deputat Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.“Olaylar”ın məlumatına görə, nekroloqda deyilir: "Azərbaycan ictimaiyyətinə və elminə ağır itki üz vermişdir. Milli Məclisin deputatı, tanınmış ictimai xadim və texnika elmləri doktoru, professor Astan Şahverdiyev aprelin 15-də ömrünün 72-ci ilində vəfat etmişdir. Astan Şahverdiyev 1947-ci il fevralın 15-də Füzuli şəhərində anadan olmuşdur.
Vərəm xəstələri niyə qeydiyyata düşməkdən çəkinirlər?
Statistik məlumata görə, planetdə yaşayan hər üç insandan biri vərəm çöpünə yoluxur. Vərəm dünyada ən çox yayılmış yoluxucu xəstəliklərdən biridir. Beynəlxalq aləmdə bu istiqamətdə son illər ərzində müxtəlif profilaktik tədbirlər həyata keçirilsə də, bu gün vərəm yalnız həkimləri deyil, cəmiyyəti də narahat edən bir problem olaraq qalır. Xatırladaq ki, vərəm yoluxucu xəstəlikdir və bu xəstəlik vərəm mikobakteriyası tərəfindən törədilir.
Ön mühakimə
Yəqin ki həyatınızda bir dəfə də olsun gördüyünüz insana qarşı sizdə səbəbsiz yerə mənfi fikirlər formalaşıb, hətta o insanı ikinci dəfə gördüyünüz vaxt artıq uzaq durmağa çalışmısınız. Bir müddət keçdikdən sonra isə, o sizin ən yaxın adamlarınızdan birinə çevrilib. Bu yerdə Cane Ostinin "Qürur və Qərəz" və yaxud ikinci adı ilə "Qürur və ön mühakimə" romanından, "Hərdən birlikdə olmaq istədiyin ən axırıncı adam, bir gün belə onsuz yaşamaq istəmədiyin adamdır" sözlərini xatırlamaq olar.
Qida məhsullarının qablaşdırılması zamanı hansı vasitələrdən istifadə etmək olmaz?
Tez-tez baş verən qida zəhərlənmələri zamanı bir qayda olaraq müxtəlif versiyalar ortaya çıxır, fərqli-fərqli mülahizələr irəli sürülür. Bəzən qidanın özünün qablaşdırılma zamanı qüsurlu olduğu, kənar təsirlərə məruz qaldığı və nəticə etibarilə insan orqanizmində mənfi fəsad törətdiyi bildirilir.
Manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur
Birləşmiş Ştatların Yaxın Şərqdə maraqlarına toxunan Rusiya və Türkiyəyə qarşı Vaşniqton bütün mümkün vasitələrdən istifadə edir ki, Ankara və Moskvanı çökdürsün. Hazırda Birləşmiş Ştatlar bu iki müttəfiq ölkəyə qarşı iki istiqamətdən, hərbi və iqtisadi sahədən təsir göstərməyə çalışır.
AXC xarici xidmət orqanlarının strukturunu necə təkmilləşdirdi?
28 may 1918-ci ildə müstəqilliyini elan etmiş gənc Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi. İstiqlaliyyətin qorunub saxlanması daxildən daha çox, xarici amillərlə də bağlı idi.
Xəyanət kadrosunun başında duranlar
Xeyli müddətdir ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycanı istəməyən qüvvələrin qoltuğunda özlərinə sığınacaq tapan bəzi şəxslər ölkəmizə qarşı anti-təbliğatdan doymaq bilmirlər.
Məşhur supermaketdən banan aldı: içindən çıxan ŞOKA SALDI - VİDEO
İngiltərədə məşhur süpermarket şəbəkələrindən biri ALDI-dan paketlənmiş banan alan 67 yaşlı qadın, içindən əqrəb çıxınca şoka düşüb. Əqrəbi yaxalayan qadın supermarketə gedərək şikayət edib. Linda Pollard adlı qadın içində 5 ədəd banan olan bağlı paketi evdə açarkən içindən böyük bir əqrəb çıxıb. Şikayət sonrası supermarketlər şəbəkəsi üzr istəyərək, qadına 10 sterlinq dəyərində bir kupon verib.
Rusiya raket atışlarına başladı – Latviyadan etiraz
Rusiyanın Baltik dənizində raket atışları Latviya və NATO-ya qarşı provokasiyadır. Bunu Latviya Prezidenti Raymon Veyonis deyib.
Sarkisyan hesabat verdi: Qarabağla bağlı mövqeyimiz...
Təhlükəsizlik Ermənistan üçün bir nömrəli prioritet sayılır. Bunu Ermənistan parlamentində çıxışı zamanı Serj Sərkisyan deyib. “Aydındır ki, hakimiyyətə gələcək siyasi qüvvə idarəetmə vasitəsilə vətəndaşlardan səs aldığı proqramın icrasını gerçəkləşdirəcək. Hakimiyyət Respublika və Daşnaksütyun partiyalarının proqramlarını reallaşdıracaq.
Ərdoğan məhv edilən terrorçu sayını açıqladı
“Zeytun budağı” əməliyyatı başladığı gündən bu yana 4 min 755 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının toplantısında deyib.
Baş prokuror rusiyalı həmkarına müraciət etdi
Baş prokuror Zakir Qaralov“İzvestiya” qəzetinin “İz.ru” informasiya portalının redaksiyası tərəfindən 16 aprel 2018-ci il tarixdə həmin portalda yayılmış məlumatda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağı və digər şüarların nümayiş etdirilməsi ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru Yuriy Çaykaya müraciət edib.
Kreml Bakı üçün İrəvanı əzəcək – Pol Qobldan sensasiya
Çin meydan oxudu: ABŞ-ı məğlub edəcəyik
İrəvanda etirazçıların lideri "məxməri inqilab"ın başlandığını elan edib
İrəvanda keçirilən mitinqin lideri, parlamentin üzvü Nikol Paşinyan “məxməri inqilab”ın başlandığını elan edib.Məlumata görə, bu barədə o, paytaxtın Fransa meydanında çıxışı zamanı deyib. “Mən burada demokratik, zorakı olmayan “məxməri inqilab”ın başlandığını elan edirəm”, - deyə müxalifətçi bildirib. Serj Sarkisyanın baş nazir postuna namizədliyinə etiraz edən nümayişçilər bu gün İrəvanda müxtəlif dövlət idarələrinə girişi bağlayırlar. Hazırda nümayişçilər XİN, Baş Prokurorluq, Dövlət Gəlirləri Komitəsinin girişində toplaşıblar.














