Sarkisyan hesabat verdi: Qarabağla bağlı mövqeyimiz...
Təhlükəsizlik Ermənistan üçün bir nömrəli prioritet sayılır. Bunu Ermənistan parlamentində çıxışı zamanı Serj Sərkisyan deyib. “Aydındır ki, hakimiyyətə gələcək siyasi qüvvə idarəetmə vasitəsilə vətəndaşlardan səs aldığı proqramın icrasını gerçəkləşdirəcək. Hakimiyyət Respublika və Daşnaksütyun partiyalarının proqramlarını reallaşdıracaq.
17 Aprel 2018 14:53 DünyaTəhlükəsizlik Ermənistan üçün bir nömrəli prioritet sayılır. Bunu Ermənistan parlamentində çıxışı zamanı Serj Sarkisyan deyib. "Aydındır ki, hakimiyyətə gələcək siyasi qüvvə idarəetmə vasitəsilə vətəndaşlardan səs aldığı proqramın icrasını gerçəkləşdirəcək. Hakimiyyət Respublika və Daşnaksütyun partiyalarının proqramlarını reallaşdıracaq.
Bizim Qarabağ probleminin sülh yoluyla həlli ilə bağlı mövqeyimiz dəyişməyib, erməni ordusunun gücləndirilməsi və modernləşdirilməsi isə gündəlik işimizin predmetidir", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan parlamenti S.Sarkisyanın baş nazirliyə namizədliyini bu gün səsverməyə çıxaracaq. Buna etiraz olaraq bütün Ermənistan ərazisində kütləvi aksiyalar keçirilir. Axar.az