Gündəm
Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək
Prezident İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılıb.
Paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə paytaxtda və bölgələrdə silsilə maarifləndirici tədbirlər davam edir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində “Bakı Dövlət Universiteti 100 ilin astanasında: tarixi ənənənlər və müasirlik” mövzusunda mühazirə söyləyib.
Bəhreyn kralı prezident İlham Əliyevi təbrik etdi
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan prezidentiİlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan, Bəhreyn xalqı və hökuməti adından səmimi qəlbdən təbrik edirəm. Bu seçim ölkəni daha parlaq gələcəyə aparan liderlik bacarığınızı qiymətləndirən xalq tərəfindən Sizə göstərilən yüksək etimadı nümayiş etdirir.
Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalır
Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı azalıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumilikdə yaşı 100 və 100-dən çox olan insanların sayı azalsa da, uzunömürlü kişilərin sayı çoxalıb. Belə ki, 2013-cü ildə yaşı 100-dən çox əhalinin sayı 838 nəfər olub ki, onun da 814-ü qadın, 24-ü kişi olub. 2014-cü ildə yaşı 100-dən çox olan əhalinin sayı 669 (635 qadın, 34 kişi), 2015-ci ildə 619 (547 qadın, 72 kişi), 2016-cı ildə 626 (530 qadın, 96 kişi), 2017-ci ildə 683 (535 qadın, 148 kişi) olub.
Bakıda Yahya Kamal Beyatlının yaradıcılığı müzakirə olunub
Bakı Yunus Əmrə İnstitutunda “Yahya Kamal: Bir İstanbul şairi” adlı konfrans keçirilib. Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir Azərbaycan və Türkiyə ədəbiyyatının dəyərli nümunələrinin təbliği, şairlərin ictimaiyyətdə tanıdılması, iki ölkə arasında mədəni əlaqələri gücləndirməsi baxımından konfransın əhəmiyyətindən danışıb.
Gürcüstan - Azərbaycan sərhədində meyit tapıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşı Gürcüstan-Azərbaycan sərhədində yerləşən postda ölü vəziyyətdə tapılıb. Üzərində odlu silah yarası olan meyit Laqodexi rayonu ərazisində aşkar edilib.
“Azərbaycan iqtisadiyyatı son 15 ildə: imkanlar və perspektivlər”
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “Azərbaycan iqtisadiyyatı son 15 ildə: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbirdə ADİU rektorunun kollec üzrə müşaviri professor Nuru Mikayılov, Kollecin direktoru hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-alim Vüqar Bayramov, kollecin tələbə və müəllim heyəti iştirak edib.
Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi
Gəncədə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 6 m² sahədə yanıb.
Sərnişin avtobusu uçuruma düşdü: ölənlər var
Teatr səfərə hazırlaşır
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniya Respublikası Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə may ayının 10-dan 16-dək Bitola şəhərində keçiriləcək “XX Beynəlxalq Monodram” festivalında iştirak edəcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq sözügedən festivalda iştirak etmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidovun müvafiq əmri ilə Xalq artisti, rejissor Cənnət Səlimova, Əməkdar artist Şövqi Hüseynov və səhnə maşinisti Zaur Abasov may ayının 10-dan 16-dək Bitola şəhərinə ezam olunacaqlar.
Şimali Koreya nüvə və raket sınaqlarını dayandırdı
Şimali Koreya nüvə və raket sınaqlarının həyata keçirilməsini dayandırıb. Bunu Şimali Koreya lideri Kim Çen In bəyan edib. Məlumata görə, aprelin 21-dən etibarən Şimali Koreya nüvə sınaqları və qitələrarası ballistik raketlərin buraxılışını dayandırır. Həmçinin ölkənin şimalındakı nüvə poliqonunun fəaliyyəti dondurulur.
“Avtoportret” sənədli filmi təqdim edildi
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Avtoportret” sənədli filminin təqdimatı olub. Dövlət sifarişi ilə “Dublyaj” studiyasında istehsal olunan film görkəmli rəssam, Əməkdar İncəsənət Xadimi Eyyub Hüseynovun həyat və yaradıcılıq yoluna həsr edilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini vəzifəsini icra edən Ədalət Vəliyev XX əsr Azərbaycan rəssamlığının inkişafında böyük xidmətləri olan rəssamın həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı söz açıb, onun əziz xatirəsinin sənətsevərlərin qəlbində daim yaşayacağını söyləyib. Vurğulayıb ki, E.Hüseynovun sənəti tələbələrinin, ən başlıcası, iki oğlunun örnəyində davam etdirilir.
Asiya və Yaxın Şərq 2018-ci ildə hədəfli hücumların episentri olub
Cari ilin ilk üç ayı ərzində "Kaspersky Lab” şirkətinin tədqiqatçıları tərəfindən hədəfli hücumlar üzrə ixtisaslaşmış Asiya köklü bir neçə yeni kiberqruplaşmalar aşkar edilib. Şirkətdən verilən məlumata görə, yanvar-mart aylarında mütəxəssislər tərəfindən hazırlanan xüsusi hesabatların 30%-dən çoxu bu regionda keçirilən kampaniyalara həsr edilib.
Dünyanın ən nüfuzlu ŞƏXSLƏRİ - Putin siyahıdan çıxarıldı
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb. Fonddan verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində olub. Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub, 2006-cı ildə isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən bina yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib.

.jpg)












